Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayonunda küçələrin abadlaşdırılması davam etdirilir

19 iyun 2020 | 16:00

Son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası sayəsində respublikamızın bütün bölgələrində, o cümlədən də Qazax rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri ildən-ilə geniş vüsət alır.
Dövlət başçısının birbaşa göstərişi, köməyi və qayğısı sayəsində "Azərsu” ASC tərəfindən Qazaxda şəhərin içməli su və kanalizasiya sistemi də yenidən qurulur. Şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, işin başa çatdırıldığı küçələrdə abadlıq işləri də həyata keçirilir. Artıq şəhərin Molla Pənah Vaqif və Səməd Vurğun küçələrində görülən işlər, yeni asfalt örtüyünün çəkilməsi onu göstərir ki, şəhərin bütün küçələri qısa bir vaxtda yeni görkəm alacaq.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov abadlıq işləri aparılan şəhərin Əminə Dilbazi və Murtuz Carçıyev küçələrində olub. Rayon rəhbərinə məlumat verilib ki, hazırda adları çəkilən küçələrdə səkilərə yeni bardürlərin düzülməsi, küçələrdə yaradılan səliqə-sahman işləri davam etdirilir.
Sonra rayon rəhbəri Molla Vəli Vidadi 14 ünvanında yerləşən binada aparılan təmir işləri ilə tanış olub. İstər küçələrdə, istərsə də binada görülən hər bir işin keyfiyyətinə üstünlük verilməsini qeyd edən icra başçısı aidiyyatı üzrə tapşırıq və tövsiyələrini də verib.

Əminə Dilbazi küçəsi

Murtuz Carçıyev küçəsi

Molla Vəli Vidadi 14

Keçidlər