Şriftin ölçüsü :

Saytın rəngi :

"Gənc Könüllülər” Səyyar “ASAN Qatar”da

22 iyun 2020 | 16:00

Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına əsasən Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) vətəndaşlar arasında başlatdığı "Bir-birimizi qoruyaq” adlı sosial kampaniya uğurla davam edir. Aksiyanın keçirilməsində məqsəd xüsusi karantin rejimi müddətində vətəndaşların kütləvi toplaşdığı yerlərdə sosial məsafənin qorunması və digər davranış qaydaları barədə sakinlər arasında ictimai maarifləndirmə işi aparmaq, cəmiyyətin sağlamlığını qorumaqdır.
"Bir-birimizi qoruyaq” kampaniyasına qoşulan Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Gənc Könüllülər”i maarifləndirmə işlərini ilk gündən müvəffəqiyyətlə yerinə yetirirlər.
Xəbər verdiyimiz kimi, iyun ayının 10-dan etibarən  Səyyar "ASAN qatar” Qazax şəhəri, Ə.Qədirov küçəsi 3 (Qazax Dəmiryol Stansiyası) ünvanında rayon sakinlərinə xidmət göstərir. 
Kampaniya çərçivəsində gənclər bu dəfə əhalinin kütləvilik təşkil etdiyi – Səyyar “ASAN Qatar”da vətəndaşlar arasında maarifləndirmə işləri aparıb, əllərini dezinfeksiya etdikdən sonra onlara əlcək və maskalar paylayıblar. Həmçinin, xidməti vaqonlarda koronavirusdan qorunmaq məqsədilə hazırlanan üzərində təbliğat və təşviqat yazıları əks olunmuş stikerlər yapışdırıblar.
"Gənc Könüllülər” Prezident İlham Əliyevin tibbi maskadan istifadə etməsini, eləcə də maska taxmağın vacibliyi haqqında söylədiyi fikirləri bir daha vətəndaşların diqqətinə çatdırıblar. Gənclər sakinləri öz şəxsi məsuliyyətlərini hiss etməyə, Operativ Qərargahın xüsusi karantin rejimi qaydaları ilə bağlı tələb və tövsiyələrinə əməl etməyə çağırıblar.

Keçidlər