Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda su və kanalizasiya xətlərinin çəkilişi tamamlanmaq üzrədir

23 iyun 2020 | 16:00

Əslində, bu işin bütün məsuliyyəti layihə sifarişçisi “Azərsu” ASC-nin, podratçı “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin, məsləhətçi şirkət “Gentek” consult şirkətinin üzərinə düşür.
Söhbət ölkə Prezidenti İlham Əliyevin qayğısı sayəsində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə, o cümlədən Qazaxda əhalinin içməli su təchizatı və kanalizasiya layihələrinin icrasından gedir. Yəni bir ildən çoxdur ki, Qazax şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi həyata keçirilir.
Azərbaycan hökuməti və İslam İnkişaf Bankının maliyyə dəstəyi ilə görülən iş Qazax şəhər sakinlərinin sonsuz razılığına səbəb olub. Hamı layihənin tezliklə başa çatacağı günü səbirsizliklə gözləyir. Lakin məsuliyyəti yuxarıda adlarını çəkdiyimiz təşkilatlar daşısa da Qazax Rayon İcra Hakimiyyəti aparatının işçiləri, demək olar ki, hər gün bu çəkilişə ciddi nəzarət edir, vəziyyətlə maraqlanır, ortaya çıxan problemləri operativ şəkildə aradan qaldırırlar.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov az qala hər gün işin görülüb başa çatdırıldığı və ya çəkilişi davam etdiyi küçələrə gedir, vəziyyətlə tanış olur, keyfiyyətə diqqət yetirir. İcra Hakimiyyətinin başçısı çəkiliş zamanı qazıntı işlərinin texniki təhlükəsizlik qaydalarına əməl edilməklə həyata keçirilməsini dönə-dönə tapşırır, yeni çəkilmiş su xəttinin üzərinin açıq qalmaması, köhnə su xətlərinin, yeraltı qaz borularının, eləcə də elektrik, rabitə xətlərinin zədələnməməsi üçün ciddi nəzarətin vacib olduğunu qeyd edir, tövsiyələrini verir.
Yeri gəlmişkən qeyd edək ki, rayon rəhbəri Qazaxda həyata keçirilən bütün işlərə özü şəxsən nəzarət edir. Rəcəb müəllim deyir ki, biz icraçıyıq, kabinetdə yox, yerlərdə olmalıyıq.

/storage/files/files/XALQ%20(1).pdf

 

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
23 iyun 2020-ci il

Keçidlər