Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda "Gənc Könüllülər”in pandemiyaya qarşı maarifləndirmə tədbirləri davam edir

24 iyun 2020 | 16:00

Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına əsasən Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) vətəndaşlar arasında başlatdığı "Bir-birimizi qoruyaq” adlı sosial kampaniya çərçivəsində aparılan maarifləndirmə tədbirləri uğurla davam edir. Əsas məqsədi xüsusi karantin rejimi müddətində vətəndaşların kütləvi toplaşdığı yerlərdə sosial məsafənin qorunması və digər davranış qaydaları barədə sakinlər arasında ictimai maarifləndirmə işi aparmaq, cəmiyyətin sağlamlığını qorumaq olan bu aksiya sakinlər tərəfindən də razılıqla qarşılanır. 
"Bir-birimizi qoruyaq” kampaniyasına qoşulan Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Gənc Könüllülər”i maarifləndirmə işlərini ilk gündən müvəffəqiyyətlə yerinə yetirirlər.
Kampaniya çərçivəsində gənclər bu dəfə əhalinin kütləvilik təşkil etdiyi “Azərpoçt” MMC-nin Qazax Poçt filialında vətəndaşlar arasında maarifləndirmə işləri aparıb, əllərini dezinfeksiya etdikdən sonra onlara maskalar paylayıblar.
"Gənc Könüllülər” Prezident İlham Əliyevin tibbi maskadan istifadə etməsini, eləcə də maska taxmağın vacibliyi haqqında söylədiyi fikirləri bir daha vətəndaşların diqqətinə çatdırıblar. Gənclər sakinləri öz şəxsi məsuliyyətlərini hiss etməyə, Operativ Qərargahın xüsusi karantin rejimi qaydaları ilə bağlı tələb və tövsiyələrinə əməl etməyə çağırıblar.

Keçidlər