Qazax rayon əhalisinin tibbi müayinəsi keçirilir
Respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması çərçivəsində Qazax rayon əhalisinin tibbi müayinəsi keçirilir.
Ölkə prezidenti İlham Əliyev cənablarının tapşırığı ilə cari ilin fevralın 15-dən mayın 2-nədək respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması aksiyası çərçivəsində Qazax rayonunda Müalicə Diaqnostika Mərkəzində, Şəhər Poliklinikasında və xüsusi həkim briqadaları tərəfindən kəndlərdə əhalinin tibbi müayinəsi keçirilir..
Azərbaycanda ardıcıl olaraq üçüncü ildir ki, əhalinin pulsuz tibbi muayinəsi aparılır. Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən xeyirxah aksiya Qazaxda da uğurla davam etdirilir.
Fevralın 15-dən bu günədək 14750 nəfər rayon sakini müayinə olunmuşdur. Müayinələr zamanı sakinlərdən 142 nəfərinə ambulator, 26 nəfərinə isə stasionar müalicə kursu təyin olunmuş, 7 nəfər müalicə üçün Bakı şəhərinə göndərilmişdir. Muayinədən keçən insanlar xeyirxah aksiyanı yüksək qiymətləndirir və bu qayğıya görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
Tibbi muayinələr davam etdirilir.
.