“Ekstremizm və onun problemləri” mövzusunda istiqamətləndirici maarifləndirmə tədbiri keçirilmişdir
Qazaxda Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin vəsaiti hesabına “Dini ekstremizm və radikalizmin fəsadları” layihəsi çərçivəsində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ekstremizm və onun problemləri” mövzusunda istiqamətləndirici maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Fərman Nağdalıyev, DTX-nin rayon şöbəsinin baş əməliyyat müvəkkili Müşviq Mürsəlov, Rayon Prokurorunun müavini Rafael Həsənov, Rayon Polis şöbəsində ictimai təhlükəsizlik bölməsinin rəisi Elçin Qasımov, RİHB Aparatında İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Orucov, Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən dini komissiyanın üzvləri, DQİDK-nin məsul işçisi Anar Əliyev, DQİDK-nin qərb bölgəsi üzrə şöbə müdiri Eldəniz Vəliyev, QMİ-nin qərb bölgəsi üzrə qazisi İlham Süleymanov, rayonda fəaliyyət göstərən dini icmaların sədrləri, ictimai-siyasi və həmkarlar ittifaqları təşkilatlarının rəhbərləri, tələbə və gənclər, KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Qazax RİHB-nın birinci müavini, dini işlər üzrə komissiyanın sədri Fərman Nağdalıyev açmış, rayonda dini radikalizmə qarşı mübarizədə mövcud həmrəylikdən danışmış, rayon ictimaiyyəti tərəfindən belə radikal addımların pislənildiyini və dövlətin radikallara qarşı tədbirlərinin birmənalı şəkildə dəstəkləndiyini bildirmişdir.
Sonra çıxışlar olmuşdur. DQİDK-nin qərb bölgəsi üzrə şöbə müdiri Eldəniz Vəliyev, DK-nin məsul işçisi Anar Əliyev, Rayon Prokurorunun müavini Rafael Həsənov, RİHB Aparatında İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Orucov, “İslam” məscidi dini icmasının sədri İslam Əliyev və başqaları çıxış edərək dini ekstremizmin və radikalizmin fəsadları və onlara qarşı mübarizənin təşkilində maarifləndirmə işinin əhəmiyyətindən danışmışlar.
Sonda tədbir iştirakçılarının mövzu ətrafındakı sualları cavablandırılmışdır.