Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda pandemiya ilə mübarizə tədbirləri səhiyyə ocaqlarında da gücləndirilib

06 iyul 2020 | 16:00

Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Baş Nazir Əli Əsədovun sədrliyi ilə iyulun 1-də Nazirlər Kabineti yanında Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində verilmiş tapşırıqların icrası ilə əlaqədar Qazax rayonunda pandemiyaya qarşı mübarizə tədbirləri daha da gücləndirilib.
Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, COVID-19 infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı mütəmadi olaraq sakinlər arasında maarifləndirmə və təbliğat işləri həyata keçirilir. Bunun üçün Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər və kəndlər üzrə hər biri 5 nəfərdən ibarət yaradılmış 30 mobil qrup da fəaliyyət göstərir. Mobil qrup üzvləri ticarət və ictimai-iaşə obyektlərində, eləcə də ictimai nəqliyyat vasitələrindən istifadə edən sakinlərlə maarifləndirici söhbətlər aparırlar.
Səhiyyə ocaqlarında da əhalinin maarifləndirilməsi istiqamətində məqsədyönlü işlər görülür. Bununla əlaqədar səhiyyə ocaqlarında pandemiyaya qarşı mübarizə tədbirləri bir qədər də gücləndirilib.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon Prokuroru Rauf Gözəlov və Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyevlə birlikdə səhiyyə müəssisələrindəki mövcud vəziyyətlə, vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb.
“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Poliklinika şöbəsində, Qazax Müalicə Diaqnostika Mərkəzində və Doğum evində mövcud vəziyyətlə tanış olan rayon rəhbərliyi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün sosial məsafənin qorunmasının və tibbi maskadan istifadənin zəruri olduğunu, eləcə də gigiyenik qaydalara düzgün riayət olunmasının vacibliyini  bir daha vurğulayıblar.
İcra başçısı qeyd edib ki, əgər bu gün ölkə rəhbərinin yürütdüyü dövlət siyasətinin əsasında vətəndaş amili dayanırsa, bizlər də çalışmalıyıq ki, həmin siyasəti hər bir sahədə olduğu kimi yerinə yetirək. Tibbi maskadan istifadənin, eləcə də sosial məsafənin gözlənilməsinin vacibliyini qeyd edən rayon rəhbəri buna həkimlər başda olmaqla, bütün tibb işçilərinin, həmçinin vətəndaşların birmənalı şəkildə əməl etməsini bildirib. Həkimlərə, tibb işçilərinə tibbi maskadan istifadə etməklə xəstəxanalara müraciət edən vətəndaşlara nümunə olmaları ilə yanaşı, sakinləri bu sahədə maarifləndirməyi də tövsiyə edib.
İcra başçısı səhiyyə ocaqlarında karantin rejimi qaydalarına əməl edilməsini, sıxlıq yaranmaması, xüsusilə də sosial məsafənin gözlənilməsi üçün zəruri tədbirlərin görülməsini, bu işdə bütün qüvvələrin səfərbər olunmasını qeyd edib. Bununla əlaqədar “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədovaya, “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Poliklinika şöbəsinin şöbə müdiri Sultan İsayevaya, “Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru Kamandar İbrahimova və Doğum evinin baş həkimi Aynur Namazlıya aidiyyəti üzrə tapşırıqlarını verib.

"Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Poliklinika şöbəsi

Qazax Müalicə Diaqnostika Mərkəzi

Doğum evi

Keçidlər