Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı vətəndaşın müraciətinə yerində baxıb

06 iyul 2020 | 16:00

Bu gün tam əminliklə deyə bilərik ki, ölkəmizdə vətəndaş amili hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bunu ölkə Prezidenti cənab İlham Əliyevin icra hakimiyyəti başçılarını və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman çıxışlarında vətəndaş amilini ön plana çəkməsi, eyni zamanda dövlət məmurları haqqında söylədiyi fikirlər aydın şəkildə göstərir. Ölkə rəhbərinin dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr də onu göstərir ki, həyata keçirilən bütün işlərdə əsas məqsəd vətəndaş məmnunluğuna nail olmaqdır.
Son illər Qazaxda da vətəndaş amili əsas götürülür, xüsusilə də ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr birmənalı şəkildə olduğu kimi icra olunur. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər təyin olunduğu ilk gündən vətəndaş amilini iş fəaliyyətinin əsası hesab etməsi də bunun bariz nümunəsidir. Məhz bu səbəbdən rayonda vətəndaş-məmur münasibəti dövlətə, ölkə rəhbərinə və icra başçısına olan böyük inam üzərində qurulub. İllər öncə formalaşan bu münasibət, arada olan hörmət və istək bu gün də o qaydada davam etdirilir. Bunu icra başçısının sakinlərə olan səmimi münasibətindən, vətəndaşlara göstərdiyi diqqət və qayğısından, şəhər və kəndlərdə keçirilən görüşlərdə səslənən müraciətlərə operativ şəkildə baxılmasından, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsindən, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsindən aydın şəkildə görmək olur.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Canalı kənd sakini Xəlilova Tahirə Qədir qızının müraciətinə yerində baxıb. Vətəndaşın torpaq məsələsi ilə bağlı yerində baxış keçirən icra başçısı qeyd olunan məsələnin araşdırılmasını bildirib və aidiyyəti üzrə tapşırıqlarını verib.
T.Xəlilova onun istəyini nəzərə alıb qaldırdığı məsələnin həllinə həssaslıqla yanaşdığına görə rayon rəhbərinə minnətdarlıq edib.

 

Keçidlər