Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı təmir işləri aparılan binada olub

07 iyul 2020 | 16:00

Son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizdə genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir. Xüsusilə də respublikamızda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər Qazaxda da uğurla icra olunur. Çoxmənzilli yaşayış binalarının dam örtüyü yenilənir, blok və fasadı əsaslı təmir edilir. Bu işlər sayəsində bu gün rayonda mövcud olan 164 çoxmənzilli yaşayış binasından 120-ə yaxın bina günün tələblərinə cavab verən səviyyəyə çatdırılıb.
Hazırda təmir işləri aparılan binalardan biri Azadlıq küçəsində yerləşən üçmərtəbəli, 3 bloklu, 27 mənzilli 76 saylı binadır. Su və kanalizasiya sisteminin çəkilişi başa çatan binanın həyətində də abadlıq işləri aparılıb. Belə ki, binanın həyətinə qum-çınqıl döşənərək hamarlanıb, səliqə-sahman yaradılıb. Bundan əlavə, blokların girişinə beton tökülüb. Bloklarda isə təmir işləri davam etdirilir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin binada olub, görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Hər bir işin keyfiyyətinə üstünlük verilməsini qeyd edən icra başçısı bununla əlaqədar aidiyyəti üzrə tapşırıqlarını verib.

Keçidlər