Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda su və kanalizasiya sistemi çəkilən daha bir küçədə abadlıq işlərinə start verildi

09 iyul 2020 | 16:00

Son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında regionların inkişafı istiqamətində qəbul edilmiş çoxsaylı dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Ölkə rəhbərinin düşünülmüş siyasəti sayəsində icra edilən həmin dövlət proqramlarına uyğun olaraq respublikamızın şəhər və rayonlarında aparılan abadlıq işləri ildən-ilə daha geniş vüsət alır. Dövlətin və ölkə rəhbərinin qayğısı nəticəsində Qazaxda da genişmiqyaslı tikinti, abadlıq və quruculuq işləri aparılır. Hazırda "Azərsu” ASC tərəfindən şəhərin içməli su və kanalizasiya sisteminin çəkilişi sürətlə davam etdirilir. Sevindirici haldır ki, şəhərin su və kanalizasiya xəttinin çəkilişi ilə yanaşı, çəkiliş başa çatan küçələrdə dərhal abadlıq işlərinə, xüsusilə də asfaltlama işlərinə başlanılır. İlk olaraq şəhərin Səməd Vurğun  və Molla Pənah Vaqif  küçələrində aparılan abadlıq işləri və yeni asfalt örtüyün çəkilməsi də bunun bariz nümunəsidir. Murtuz Carçıyev və Əminə Dilbazi küçələrində yeni bardürlərin düzülməsi və aparılan digər abadlıq işləri rayonda quruculuğun bundan sonra da davam etdirilməsi deməkdir. Bundan əlavə, şəhərdə su və kanalizasiya sisteminin çəkilişi başa çatan çoxmənzilli yaşayış binalarının həyətində də quruculuq işləri aparılaraq "Abad məhəllə” adı altında bina sakinlərinin ixtiyarına verilir. Nəriman Nərimanov yaşayış massivində yerləşən binaların həyətində görülən işlər də bunun əyani sübutudur. Hazırda isə su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli 61A, üçmərtəbəli 63, dördmərtəbəli 65 saylı, Azadlıq küçəsində yerləşən beşmərtəbəli 92 saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən hər biri beşmərtəbəli olan 12 və 14 saylı çoxmənzilli yaşayış binalarının həyətində aparılan işlər qısa bir vaxtda rayonda “Abad məhəllə”lərin sayının artmasından xəbər verir.
Bu gün isə şəhərdə daha bir küçədə - Azadlıq küçəsində abadlıq işlərinə start verilib. Su və kanalizasiya sisteminin çəkilişi başa çatan bu küçədə də köhnə bardürlərin sökülərək yenilənməsinə və köhnə asfalt örtüyünün qazılmasına başlanılıb. Tez bir zamanda da yeni asfalt örtüyü döşənəcək.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov  abadlıq işləri aparılan həmin küçədə olub, görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Görülən işlərlə yerində tanış olan icra başçısı hər bir işin keyfiyyətinə üstünlük verilməsini qeyd edib və aidiyyəti üzrə tapşırıqlarını verib.

Azadlıq küçəsi

Şəhidlər Xiyabanı küçəsi

Azadlıq küçəsi 92 saylı binanın qarşısı

Keçidlər