Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Ülviyyə Ağayeva şəhid mayor Namiq Əhmədovun ailəsini ziyarət edib

15 iyul 2020 | 16:00

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alan zaman qəhrəmancasına şəhid olan hərbçimiz, 1984-cü il təvəllüdlü mayor Əhmədov Namiq Hajan oğlu dünən doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində torpağa tapşırıldı. 
Bu gün Milli Məclisin deputatı Ülviyyə Ağayeva Qazax Rayon İcra Hakimiyyəti Başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva ilə birlikdə şəhidin doğulduğu Yuxarı Salahlı kəndində ata ocağında olub, ailəsini ziyarət ediblər.
Deputat Ülviyyə Ağayeva şəhidimizə Allahdan rəhmət, ailə üzvlərinə səbr diləyib. Vətən uğrunda canından keçən bütün şəhidlərin qanının yerdə qalmayacağını, qisaslarının alınacağını bildirib. Namiq Əhmədovun təkcə Qazaxın, qazaxlıların övladı deyil, bütöv Azərbaycanın oğlu olduğunu, daim qəlblərdə yaşayacağını, xatirəsinin hər zaman əziz tutulacağını qeyd edib. Namiq Əhmədov kimi mayorlarımızla, hərbçilərimizlə hər bir azərbaycanlının fəxr etdiyini, onların göstərdikləri qəhrəmanlığın hər kəs üçün bir nümunə olduğunu diqqətə çatdırıb. Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun “İrəli” əmrini gözləyən igid Azərbaycan oğullarının qələbə sevincini bəxş edəcəyi günün elə də uzaqda olmadığını bir daha vurğulayıb.
Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhid atası Hajan Əhmədov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Keçidlər