Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı su mənbəyi yatağında və çirkab su təmizləyici qurğuda görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb

24 iyul 2020 | 16:00

Əvvəlki yazılarımızda da məlumat verdiyimiz kimi, ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərinin içməli su və kanalizasiya sistemi yenidən qurulur. Podratçı təşkilat küçələrdə, eləcə də çoxmənzilli yaşayış binalarının həyətlərində aparılan su və kanalizasiya xətlərinin çəkilişini uğurla davam etdirir.
Hər kəsə o da yaxşı məlumdur ki, rayon rəhbərliyi su və kanalizasiya sisteminin çəkilməsinə başlanılan ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlayır. Rayon rəhbərliyi tərəfindən su-kanalizasiya sisteminin yenidən qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılmasına ciddi nəzarət edilir. Belə ki, çəkiliş aparılan küçələrə yerində baxılır və işlərin keyfiyyəti ilə maraqlanılır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsinin layihə rəhbəri Sədi Namazov, Qazax Melioservis İdarəsinin rəisi Ərəş Pənahov və digər aidiyyəti şəxslərlə birlikdə su mənbəyi yatağında və çirkab su təmizləyici qurğular kompleksində görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanıb.
Rayon rəhbəri əvvəlcə hər birinin tutumu 5 min kubmetr olmaqla inşa edilən iki ədəd su anbarında görülən işlərlə tanış olub. Rayon rəhbərliyinə məlumat verilib ki, iki anbarın ümumi həcmi 10 min kubmetr təşkil edir ki, bu da əhalinin 24 saat içməli su ilə təminatında mühüm rol oynayacaq.
Sonra rayon rəhbəri qazılması nəzərdə tutulan 12 ədəd subartezian quyusunda, 1 ədəd nasosxanada və 35 kVt-luq elektrik yarımstansiyasında görülmüş işlərlə də tanış olub. Görülmüş işlərin keyfiyyətinə yerində baxış keçirib. Bildirilib ki, artıq səkkizinci subartezian quyusu qazılır ki, burada işlər yekunlaşmaq üzrədir. 
İcra başçısı daha sonra həcmi 10500 kubmetr olan çirkab su təmizləyici qurğular kompleksində görülmüş işlərlə də yaxından tanış olub. Həyata keçirilmiş işlərin mövcud vəziyyətini yerində öyrənib.
İcra başçısı istər su, istərsə də kanalizasiya sisteminin, eləcə də digər işlərin layihədə nəzərdə tutulduğu kimi həyata keçirilməsini, bütün işlərin günün tələbləri səviyyəsində qurulmasını vurğulayaraq bir daha tapşırıq və tövsiyələrini verib.

Keçidlər