Qazaxda aparılan quruculuq işlərinə görə rayon sakinləri minnətdarlıq edirlər
https://www.youtube.com/watch?v=KrhyUFqkdRw&feature=emb_title
Son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda, eləcə də Qazaxda aparılan yenidənqurma və abadlıq-quruculuq işləri rayon sakinləri tərəfindən də razılıqla qarşılanır.
Hazırda su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli 61A, üçmərtəbəli 63, dördmərtəbəli 65 saylı binanın sakinləri də istər ötən il binaların dam örtüyündə, bloklarında, xarici fasadında, istərsə də bu il binaların həyətlərində aparılan abadlıq işlərinə görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirirlər. Şəhərdə küçələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətində də quruculuq işlərinin aparılmasını, "Abad məhəllə” adı altında bina sakinlərinin ixtiyarına verilməsini vətəndaşlara olan qayğı kimi qiymətləndirirlər.