Qazaxda COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə dəstək məqsədilə növbəti sosial aksiya keçirilib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlər görülür. Ölkə daxilində koronavirusa yoluxma hallarının minimuma endirilməsi istiqamətində həyata keçirilən işlərdən biri də əhali arasında aparılan maarifləndirmə tədbirləri və vətəndaşlara tibbi maskaların paylanılmasıdır.
COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə dəstək məqsədilə dövlət-biznes əməkdaşlığı çərçivəsində daha bir sosial aksiyaya start verilib. İqtisadiyyat Nazirliyinin təşəbbüsü, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və sahibkarların dəstəyi ilə təşkil olunmuş aksiya paytaxt Bakı ilə yanaşı, respublikamızın regionlarında da həyata keçirilir. Ümumilikdə, iyul-avqust ayları ərzində təşkil olunacaq bu aksiya çərçivəsində ölkənin 20-ə yaxın şəhər və rayonunda vətəndaşlara 20 mindən çox tibbi maskanın paylanılması nəzərdə tutulur.
Maarifləndirici aksiya çərçivəsində bu gün növbəti tədbir Qazax rayonunda baş tutub. Qazax Rayon İcra Hakimiyyətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Azerlime” əhəng zavodunun birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı vətəndaşlara koronavirus infeksiyasından qorunmaq üçün tibbi maska paylanılaraq onlarla xüsusi karantin rejimi qaydalarına dair maarifləndirici söhbətlər aparılıb.
Qazax Rayon Gənclər və İdman İdarəsinin, Qazax "Gənclər evi” sosial xidmət müəssisəsinin, YAP Qazax Rayon Təşkilatı Gənclər Birliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin könüllülərinin iştirakı ilə baş tutan aksiya zamanı vətəndaşların daha çox olduğu xidmət, ticarət və ictimai iaşə obyektlərində, parklarda sakinlərə 1200 ədəd tibbi maska paylanılıb, koronavirus infeksiyasının profilaktikasına dair ətraflı məlumat verilib.
"Fəxri Qazaxlılar" parkı
Mərkəzi bazar
"Qazax Avtovağzal” ASC
"Əsədoğlu" marketin qarşısı və ətrafı