Qazax: Ağköynək kəndinin sakinləri razı qaldılar...
Qazaxda adamların sosial problemlərinin həlli istiqamətində həyata keçirilən işlər diqqəti cəlb edir. Yeni yollar salınır, “Abad məhəllə”lər yaradı¬lır, su və kanalizasiya xətlərinin çəkilişindən dərhal sonra abadlıq, təmizlik, yaşıllıq işləri həyata keçirilir, yaşayış binalarının daxili və xarici görkəmi dəyişir. Təbii ki, bütün bunlar əhali tərəfindən razılıqla qarşılanır.
Adamlar da dövlətin, dövlət başçısının yürütdüyü sosial-iqtisadi siyasəti bəyənir, vətəndaş amilini daim önə çəkdiyinə görə Prezident İlham Əliyevə hədsiz minnətdarlıqlarını bildirirlər. Görün, Ağköynək kəndinin sakini Nazim Əliyev nə deyir: “Əgər rayonun rəhbəri icra hakimiyyətinə müraciətimizin ertəsi günü kəndə özü gəlirsə, problemlərimizlə maraqlanırsa, konkret kömək göstərirsə, biz nəyə görə razı qalmamalıyıq? Deməli, ölkə Prezidenti heç kimi, heç nəyi unutmur. Onun yerdəki nümayəndəsi daim insanların arasındadır”.
Kənd sakini bu sözləri Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Ağköynək sakinlərinin müraciətinə əsasən həmin kənddə olarkən deyib. Kənd qəbiristanlığı, su problemləri ilə bağlı müraciətləri yerində dinləyən icra hakimiyyətinin başçısı vəziyyətin tezliklə nizama salınması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Kənd sakinlərindən Saday Cümşüdov, Akif Musayev, Hümbət Poladov və başqaları müraciətlərinə həssaslıqla yana¬şıldığına görə razılıq ediblər.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
16 avqust 2020-ci il