Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı abadlıq işləri aparılan ərazilərdə olub

28 avqust 2020 | 16:00

Respublika Prezidenti cənab İlham Əliyevin birbaşa göstərişi, diqqət və qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərin içməli su və kanalizasiya sistemi yenidən qurulur. Şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, işlərin başa çatdırıldığı küçələrdə abadlıq işləri də həyata keçirilir. Yeni asfalt vurulmuş Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə küçələri, "Abad məhəllə” kimi sakinlərə təqdim olunan Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92 saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində görülmüş işlər dediklərimizin əyani sübutudur.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərdə su və kanalizasiya sisteminin çəkilişi yekunlaşan və yeni asfalt vurulan Əhməd Seyidov küçəsində, eləcə də abadlıq işləri aparılan digər ərazilərdə olub. Rayon rəhbəri görülən bütün işlərin keyfiyyətinə üstünlük verilməsini bildirib və aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Məlumat üçün onu da qeyd edək ki, hazırda şəhərdə ən böyük küçələrdən olan Əliağa Şıxlinski küçəsində su-kanalizasiya sisteminin çəkilişi sürətlə davam etdirilir ki, işlər yekunlaşan kimi burada da yeni asfalt vurulacaq. Həmçinin, şəhərin Heydər Əliyev prospektində, Azadlıq, Z.Tağıyev, M.P.Vaqif küçələrində səkilərə yeni tamet döşənir, beton vurulur.
Son illər ölkə başçısının rəhbərliyi altında respublikamızda, eləcə də Qazaxda aparılan quruculuq işləri rayon sakinləri tərəfindən də razılıqla qarşılanır və bu işlərə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

 

 

Keçidlər