Şriftin ölçüsü :

Saytın rəngi :

“Dini ekstremizm və radikalizmin fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

27 aprel 2016 | 16:00

Qazaxda Dini Qurumlarla Iş Üzrə Dövlət Komitəsinin layihəsi çərçivəsində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Dini ekstremizm və radikalizmin fəsadları” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Qazax RİHB aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Məhəmməd Orucov açaraq mövzunun aktuallığından danışmışdır. Dini ektremizmin və  radikalizmin bu gün hər kəsi maraqlandıran və diqqət mərkəzində olan məsələlərdən biri olduğunu qeyd etmişdir. Bildirmişdir ki, dini ekstremizm və radikalizm meylləri o zaman meydana gəlir ki, kimlərsə dindən siyasi məqsəd, hakimiyyəti ələ almaq və yaxud hansısa bu və ya digər marağını ifadə etmək, həyata keçirmək üçün istifadə edir. İslam dininin mənəviyyatımız, mədəniyyətimiz, mental dəyərlərimizlə bağlı olduğunu bildirən Məhəmməd Orucov bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusilə də gənclərin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşdüyünü söyləyib.
Dini Qurumlarla Iş Üzrə Dövlət Komitəsinin Qərb Bölgəsi üzrə şöbə müdiri  Eldəniz Vəliyev isə diqqətə çatdırıb ki, dövlət-din münasibətləri zəngin milli ənənələrimizə söykənir və müasir hüquq normaları ilə tənzimlənir. O bildirib ki, dinin cəmiyyət həyatında, xüsusən də gənclərin mənəvi-əxlaqi tərbiyəsində yeri və rolu düzgün qiymətləndirilməli, mütərəqqi islami dəyərlərin təbliği, təşviqi müasir tələblər səviyyəsində aparılmalı, dindən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir.
Daha sonra rayon prokürorunun müavini Rafael Həsənov, Rayon Polis şöbəsinin rəis müavini Nazim Əliyev, Dini Qurumlarla Iş Üzrə Dövlət Komitəsinin Qərb Bölgəsi üzrə şöbəsinin  müdiri  Eldəniz Vəliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialının direktor müavini Məmməd Yusifov, QMİ-nin bölgə qazisi İlham Süleymanov və başqaları çıxış edərək Dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclər arasında maarifləndirmə tədbirlərinin mütəmadi davam etdirilməsinin vacibliyini vurğulamışlar.
Tədbirib sonunda gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər