Şriftin ölçüsü :

Saytın rəngi :

Dəmirçilər kənd sakinlərinin müraciətinə yerində baxılıb

29 avqust 2020 | 16:00

Bu gün hər kəs yaxşı bilir ki, Azərbaycanda ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü sosial-iqtisadi siyasətin, həyata keçirilən çoxsaylı layihələrin, tədbirlərin, atılan bütün addımların əsasında vətəndaş amili, onların rahatlığı, məmnunluğu dayanır. Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dövlət məmurları haqqında söylədiyi fikirlər onu deməyə əsas verir ki, Azərbaycanda vətəndaş amili hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən olub və olacaq da... Ölkə başçısının dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr də dediklərimizi əyani şəkildə sübut edir.
Qazaxda da vətəndaş amili əsas götürülür, xüsusən də ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr birmənalı şəkildə icra olunur.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Tovuz Subartezian Quyuları İstismarı İdarəsinin baş mühəndisi Telman Orucov, Qazax Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov və digər aidiyyəti şəxslərlə birlikdə Dəmirçilər kəndində olması, vətəndaşların subartezian quyusunda suyun az olması barədə müraciətini nəzərə alaraq yerində baxış keçirməsi vətəndaşlara göstərilən qayğının bariz nümunəsidir.
Subartezian quyusunun mövcud vəziyyəti ilə yerində tanış olan və sakinlərin müraciətlərini dinləyən icra başçısı qeyd olunan məsələnin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. 
Kənd sakinləri onların istəyini nəzərə alıb müraciətlərinə həssaslıqla yanaşdığına, qeyd etdikləri məsələnin həlli ilə bağlı verdiyi tapşırıqlara görə rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər