Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Səməd Seyidovun sakinlərlə keçirdiyi görüşdə qaldırılan daha bir məsələyə yerində baxılıb

01 sentyabr 2020 | 16:00

Bu gün birmənalı şəkildə tam əminliklə söyləyə bilərik ki, Azərbaycanda cənab Prezident İlham Əliyevin yürütdüyü dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir. Dövlət başçısının rəhbərliyi altında son illər həyata keçirilən çoxsaylı layihələrin, tədbirlərin, atılan bütün addımların kökündə vətəndaşların rahatlığı, onların məmnunluğu dayanır. Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr onu deməyə əsas verir ki, vətəndaş amili hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən olub və olacaq da...
Ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr Qazaxda da birmənalı şəkildə icra olunur və hər bir işdə vətəndaş amili əsas götürülür.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidovun Yuxarı Salahlı kəndində seçicilərlə keçirdiyi görüşdə kənd sakini Məmmədov Abdulla Mustafa oğlunun su məsələsi ilə bağlı müraciətinə rayon rəhbərliyi tərəfindən yerində baxılması da rayonda vətəndaş amilinin üstün tutulmasından xəbər verir. 
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, millət vəkilinin köməkçisi Akif Əmirov, Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov və digər aidiyyəti şəxslərlə birlikdə Yuxarı Salahlı kəndində olaraq mövcud vəziyyəti yerində öyrənib. İcra başçısı qeyd edib ki, son illər Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bölgələrimizdə, o cümlədən də Qazaxda əhalinin su təchizatının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Vətəndaşların içməli və suvarma suyu ilə bağlı müraciətlərinə nəinki yerli icra hakimiyyəti, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri də həssaslıqla yanaşır. Vətəndaşların səsləndirdikləri hər bir məsələ diqqət mərkəzində saxlanılır.
Ağsaqqal Abdulla Məmmədov vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlığını bildirib. Onun müraciətinə belə həssaslıqla yanaşıldığına görə millət vəkili Səməd Seyidova və rayon rəhbərinə razılığını ifadə edib.

Keçidlər