Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Mehdi Hüseyn küçəsinə yeni asfalt vurulur

04 sentyabr 2020 | 16:00

Bu gün Qazaxda cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ən böyük layihələrdən biri reallaşır, "Azərsu” ASC tərəfindən şəhərin içməli su və kanalizasiya sistemi yenidən qurulur. Təqdirəlayiq hal isə odur ki, şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi ilə bərabər işlərin başa çatdırıldığı küçələrdə abadlıq işləri aparılır, yeni asfalt vurulur, tamet döşənir, beton tökülür. Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov küçələrini yeni asfalt vurulmuş küçələrə misal göstərə bilərik. Bunan əlavə, Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49, Heydər Əliyev prospektində yerləşən 61A,63,65, Azadlıq küçəsində yerləşən 92,208,208A, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq"Abad məhəllə” kimi sakinlərə təqdim olunub. Küçələrin asfaltlanması, eləcə də digər quruculuq işləri bu gün də davam etdirilir.
Bu gün şəhərdə su və kanalizasiya sisteminin çəkilişi başa çatmış daha bir küçəyə - Mehdi Hüseyn küçəsinə yeni asfalt vurulmasına başlanılıb.
Məlumat üçün onu da qeyd edək ki, hazırda şəhərdə ən böyük küçələrdən olan Əliağa Şıxlinski küçəsində su-kanalizasiya sisteminin çəkilişi sürətlə davam etdirilir ki, işlər yekunlaşan kimi burada da yeni asfalt vurulacaq. Yeni asfalt vurulacaq Heydər Əliyev prospektində isə qazıntı işlərinə start verilib. Həmçinin, Heydər Əliyev prospektində, Azadlıq, M.P.Vaqif, Bakı küçələrində səkilərə yeni tamet döşənir, beton vurulur.
Son illər dövlət başçısının rəhbərliyi altında Qazaxda aparılan quruculuq işlərini yüksək qiymətləndirən rayon sakinləri bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

 

 

 

Keçidlər