Şriftin ölçüsü :

Saytın rəngi :

“Radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərin qorunması” mövzusunda görüş-toplantı keçirilmişdir

29 aprel 2016 | 16:00

Qazaxdakı Daş Salahlı kənd 1 saylı tam orta məktəbində  “İslam məscidi” dini icmasının layihəsi çərçivəsində Dini Qurumlarla Iş Üzrə Dövlət Komitəsinin və Rayon İcra Hakimiyyətinin birgə  təşkilatçılığı ilə “Radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərin qorunması” mövzusunda görüş-toplantı  keçirilmişdir. Görüş-toplantını giriş sözü ilə Qazax RİHB aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov açaraq Prezident İlham Əliyevin ölkədə dini-maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq Sərəncamın əhəmiyyətindən danışıb. O bildirib ki, maliyyə vəsaitinin ayrılması ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədi yerlərdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin qorunması sahəsində aparılan işlərin yüksək səviyyəyə çatdırılmasıdır.
Tədbirdə çıxış edən  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xarici əlaqələr şöbəsi müdirinin müavini Rəfi Qurbanov, DK-nin Qərb Bölgəsi üzrə şöbə müdiri Eldəniz Vəliyev, “İslam məscidi” dini icmasının sədri İslam Əliyev, Rayon Poliş şöbəsinin Daş Salahlı bölməsinin rəisi İlham Xamoyev, Daş Salahlı kənd 1 saylı tam orta məktəbin direktoru Söylü Xəlilova və başqaları mövzu ilə bağlı geniş çıxış etmişlər. Çıxış edən natiqlər dini icmaların həyata keçirdikəri layihələrdə milli-mənəvi dəyərlərimizin geniş şəkildə ictimaiyyətə çatdırılmasının, maarifləndirmə işlərinin daha da genişləndirilməsinin, eyni zamanda məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısının alınmasının, dini icmaların və bütün ictimaiyyət nümayəndələrinin dini radikalizmlə mübarizədə fəallıq göstərmələrinin, həmişə ümumxalq mövqeyindən çıxış etmələrinin əhəmiyyəti  və zəruri olması barədə ətraflı məlumat vermişlər.
Sonda gənclərlə maraqlı fikir mübadiləsi aparılmış və onlar bu cür tədbirlərin təhsil müəssisələrində tez-tez keçirilməsinin əhəmiyyəti barədə danışmışlar.

Keçidlər