Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda aparılan abadlıq işləri rayon sakinləri tərəfindən razılıq hissi ilə qarşılanır və buna görə ölkə Prezidentinə minnətdarlıq edirlər

11 sentyabr 2020 | 16:00

  

Son illər ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın hər yerində, o cümlədən də Qazaxda aparılan quruculuq işləri vətəndaşlar  tərəfindən də razılıq hissi ilə qarşılanır. Ölkəmizin bütün bölgələrində həyata keçirilən abadlıq işlərinin Qazaxda da geniş vüsət almasına görə rayon sakinləri ölkə başçısına minnətdarlıq edirlər.
Ölkə başçısının qayğısı sayəsində həyətində su və kanalizasiya xəttinin çəkilişi başa çatan və abadlıq işləri aparlan binalardan biri də Heydər Əliyev prospektində yerləşən 114 saylı binadır. Dam örtüyü dəyişdirilən, blok və fasadında əsaslı təmir işləri aparılan binanın həyətinə bu gün asfalt döşənib. Bu xəbəri bina sakinləri sevinc hissi ilə qarşılayıblar.
Bina sakinləri Fəxrəddin Həsənov, Mətanət Rəhimova istər rayonda, istərsə də yaşadıqları binada və həyətində görülən işləri könül xoşluğu ilə qarşıladıqlarını bildirirək minnətdarlıq və razılıq  ediblər

(https://www.youtube.com/watch?v=THMmJ6jv_BE)

 

 

 

Keçidlər