Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının növbəti iclası keçirilmişdir

06 may 2016 | 16:00

Qazax Rayon İcra Hakimiyyətinin dəyirmi masasında İcra Hakimiyyətinin Apellyasiya Şurasının növbəti iclası keçirilmişdir.  İclasda  Apellyasiya Şurasının üzvləri və  katibliyi iştirak etmişlər.
Apellyasiya Şurasının sədri Tahir Musayev çıxış edərək  Qazax rayonu İkinci Şıxlı kənd sakini Əfəndiyev Təhmasib Əfəndi oğlunun müvafiq məhkəmə instansiyaların qərarının icrası ilə bağlı Qazax rayonu İcra Hakimiyyətinin Apellyasiya Şurasına daxil olmuş müraciətinə əsasən  iclasın  keçirildiyini bildirmiş və iclas iştirakçılarından məlumat və sənədlərlə tanış olub münasibət bildirilməsini  xahiş etmişdir.
Apellyasiya Şurasının katibliyinin rəhbəri Gündüz Abışov çıxışında Apellyasiya Şurasının Əsasnaməsinə əsasən bütün sənədlərin toplandığını və Şuranın sədrinə verildiyini bildirmişdir.
Mütəxəssis qismində dəvət olunmuş Qazax rayonu Maliyyə şöbəsinin rəisi Novruz Abdullayev və şuranın üzvü Mehdi Həsənov müzakirə olunan məsələ ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məktub göndərilməsini və Qazax rayonu İkinci Şıxlı kənd sakini Təhmasib Əfəndiyevin müraciətinin təmin edilməsini təklif etmişlər.
Sonra komissiya üzvlərindən Aqil Qurbanov, Məmməd Alıyev, Sərdar Orucov, Akif Vəliyev çıxış edərək yuxarıda göstərilən təklifə  tərəfdar olduqlarını bildirmişlər.
Sonda  Apellyasiya Şurasına müraciət edən İkinci Şıxlı kənd sakini Təhmasib Əfəndiyev razılığını və yazılı izahatı ilə  minnətdarlığını bildirmişdir.

Keçidlər