Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Ağköynək kənd sakinlərinin müraciətlərini dinlədi

16 sentyabr 2020 | 16:00

Bu gün Azərbaycanda cənab Prezident İlham Əliyevin yürütdüyü dövlət siyasətinin mərkəzində vətəndaş amili dayanır. Həyata keçirilən layihələr, görülən işlər, atılan addımlar ölkə vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılmasına, onların etdikləri müraciətlərin müsbət həllinə, ən əsası da vətəndaş məmnunluğuna hesablanır. Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr də bunu bir daha sübut edir ki, vətəndaş amili, vətəndaş mövqeyi hər zaman üstün tutulur.
Bu gün tam əminliklə dəyə bilərik ki, ölkə rəhbərinin vətəndaşlara olan sonsuz diqqət və qayğısı Qazaxda da hiss olunur. Vətəndaş amili rayon rəhbərliyinin iş fəaliyyətinin əsasını təşkil edir ki, bunu sakinlərə olan səmimi münasibətdən, vətəndaşlara göstərilən diqqət və qayğıdan, vətəndaşların müraciətinə operativ şəkildə cavab verilməsindən, yaşadıqları ünvandan asılı olmayaraq yerində baxış keçirilməsindən, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsindən aydın şəkildə görmək olur. Vətəndaşlara olan diqqət və qayğı sayəsində bu gün hər bir qazaxlı Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba dəqiq şəkildə baxılacağına inanır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ağköynək kəndində olub, sakinlərin qayğıları ilə maraqlanıb. Sakinləri diqqətlə dinləyən icra başçısı səslənən hər bir müraciətə həssaslıqla yanaşılacağını bildirib, qeyd edilən məsələlərlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. 
Kənd sakinləri vətəndaşlara göstərilən diqqətə, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlara olan səmimi münasibətə görə rayon rəhbərinə razılıqlarını ifadə ediblər.

Keçidlər