Şriftin ölçüsü :

Saytın rəngi :

Qələbənin 71-ci il dönümü qeyd edilmişdir

07 may 2016 | 16:00

Qazax rayon İcra Hakimiyyətində Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 71-ci il dönümü münasibəti ilə toplantı keçirilmişdir. Toplantıda Böyük Vətən Müharibəsi veteranları, arxa cəbhə əmək veteranları, ağsaqqallar və KİV nümayəndələri iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov tədbiri giriş sözü ilə açmış, Qələbə günü münasibəti ilə veteranları və xalqımızı təbrik etmişdir. Böyük Vətən Müharibəsi veteranlarına ölkə Prezidenti İlham Əliyev cənabları tərəfindən dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışmışdır. Bildirilmişdir ki, bu müharibəyə təkcə Qazax rayonundan 12510 nəfər səfərbər edilmiş, onlardan 5500 nəfəri döyüş səngərlərində qəhrəmancasına  həlak olmuş və 3200 nəfəri isə itkin düşmüşdür.
Hazırda veteranlarımız tərəfindən gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində səmərəli iş aparıldığı göstərilmişdir.
Böyük Vətən müharibəsi iştirakçıları Hümbət Alıyev, Səməd Kosayev, Mustafa Vəliyev  və  Nəbi Nəbiyev çxış etmiş, onlara göstərilən köməyə, diqqətə və qayğıya görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildirmişlər.
Sonra rayon rəhbərliyi tərəfindən müharibə veteranlarına qiymətli hədiyyələr verilmiş və xatirə şəkli çəkilmişdir.

Keçidlər