Əsaslı şəkildə yenidən qurulan Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasından - VİDEOREPORTAJ
Respublika Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərdikləri dövlət qayğısı Qazaxda da hiss olunur. Bunu son illər dövlət başçısının qayğısı sayəsində rayonda körpələrin daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları üçün yaradılan şəraitdən aydın şəkildə görmək olur. Ölkə başçısının körpə fidanlara olan qayğısının nəticəsidir ki, bu gün Qazaxda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 20-si müasir tələblərə cavab verən səviyyəyə çatdırılıb.
Bağçaların tikintisi, eləcə də əsaslı şəkildə yenidən qurulması istiqamətində görülən işlər bu il də uğurla davam etdirilir. 35 yerlik Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçası da əsaslı təmir olunur. Yenidən qurulan bağçada demək olar ki, əsas işlər görülüb. Binanın dam örtüyü vurulub, bütün otaqlara plastik pəncərələr qoyulub, suvaqaltı elektrik xətti çəkilib, xarici və daxili fasadda suvaq işləri yekunlaşıb. Hazırda binanın tavanı vurulur.
Uzun illərdir ki, təmir olunmayan bağçanın yenidən qurulmasını bu gün də böyük sevinc hissi ilə qarşılayan bağçanın kollektivi və valideynlər buna görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq edirlər.
https://www.youtube.com/watch?v=Y7McyZGEh0A&feature=emb_title