Qazaxda ağacəkmə iməciliyi keçirilmişdir
Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə sosial-iqtisadi həyatın bütün sahələri ilə yanaşı, ölkəmizdə yeni parkların, qoruqların və yaşıllqı sahələrinin salınmasına xüsusi diqqət yetirilmiş və bu istiqamətdə genişmiqyaslı tədbirlər hazırlanıb həyata keçirilmişdir. Bu gün müasir, müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyev tərəfindən əsası qoyulmuş ekoloji siyasət ölkə prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir.
Qazax rayonunda yeni yaşıllıqların salınması, bərpası, mühafizəsi və qorunması ilə bağlı ənənəyə uyğun olaraq Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Aparatın əməkdaşları, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, ictimaiyyət nümayəndələri tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə ağacəkmə iməciliyi keçirilmişdir. Tədbir başlamazdan əvvəl Ulu Öndərin əziz xatirəsi anılmış və abidəsi önünə gül-çiçək dəstələri qoyulmuşdur. Sonra iməciliyə start verilmişdir. Rayon sakinlərinin və ictimaiyyət nümayəndələrinin də fəallığı ilə müşayiət olunan tədbirdə Bakı-Tbilisi magistral avtomobil yolunun Qazax rayonu ərazisindən keçən hissəsində iqlim şəraitinə uyğun 5 mindən çox müxtəlif növ ağaclar əkilmiş, eyni zamanda həmin ərazidə ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmiş və təmizlik-abadlıq işləri aparılmışdır.
Bu cür ağacəkmə iməciliklərinin gələcəkdə də keçirilməsi nəzərdə tutulur.