Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş açıq rayon turniri keçirilmişdir
Qazax Olimpiya İdman Kompleksində Qazax rayon Gənclər və İdman İdarəsi və "Göyəzən" MMC-nin birgə təşkilatçılığı və "Turanbank" ASC-nin maliyyə dəstəyi ilə Ümummilli Lider H.Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə açıq rayon turniri keçirilmişdir. Turnirdə Qazax idmançıları ilə yanaşı, Ağstafa, Tovuz, Şəmkir, Göygöl, Bərdə və Ağdam rayonlarından 11 komandadan ümumilikdə 242 nəfər idmançı qələbə uğrunda mübarizə aparmışlar.
Yarış başlamazdan əvvəl Ulu Öndərin əziz xatirəsi anılmış və abidəsi önünə gül-çiçək dəstələri qoyulmuşdur. Açılış mərasimində Sərbəst güləş üzrə Azərbaycan yığmasının böyük məşqçisi Firdovsi Umudov, Qazax RİHB aparatının məsul işçisi Sərdar Orucov və "Turanbank" ASC-nin İdarə Heyətinin sədr müavini Fəzail Musayev çıxış edərək idmançılara uğurlar arzulamışlar.
Yarışda I, II, III yeri tutmuş idmançılar müvafiq diplom və medallarla təltif olunmuşlar.