Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan tolerantlıq nümünəsi” mövzusunda dəyirmi masa keçirilmişdir

11 may 2016 | 16:00

Qazaxdakı Dövlət Sosial İqtisadi Kolecində “Radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərin qorunması” layihəsi çərçivəsində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan tolerantlıq nümünəsi”  mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbiri giriş sözü ilə ilə Rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov açaraq bildirmişdir ki, tədbirin keçirilməsində məqsəd Azərbaycanın milli-mənəvi dəyərlərinin, azərbaycançılıq məfkurəsinin, ölkəmizin tolerantlıq mühitinin və bu sahədə dövlət siyasətinin geniş təbliğ olunmasıdır.
Azərbaycan Respublikasi Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə şöbəsinin müdiri Eldəniz Vəliyev çıxışında ölkəmizdə zəngin mültikultural dəyərlərdən söhbət açıb, Azərbaycan xalqının mədəni yaşam tərzinə, əxlaqi dəyərlərə və yüksək mənəvi keyfiyyətlərə sahib olduğunu vurğulayıb.
Rayon Prokurorunun köməkçisi Nəriman Əsədov çıxışı zamanı bildirib ki, ölkəmizdə bütün xalqların nümayəndələri tarix boyu sülh və sabitlik şəraitində yaşayıb və yaşamaqdadır. 1990-cı illərin əvvəllərindəki böhranlı dövrdə ikinci dəfə siyasi hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin formalaşdırmağa başladığı müasir, müstəqil Azərbaycan dövlətinin əsas ideologiyasının təməllərindən biri olmuş bütün dinlərin və millətlərin nümayəndələrinə hörmətlə yanaşılması, dini azadlıqların qorunması və tolerantlıq dəyərlərinin bərqərar olunması idi.
Qazax rayon Polis şöbəsinin bölmə rəisi Elçin Xəlilov, sahə müvəkkili Amil Budaqov, Daş Salahlı kənd “İslam” Məscidi dini icmasının sədri İslam Əliyev, Dini  Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Qərb Bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Vüqar Əliyev və başqa natiqlər çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirmişlər və milli-mənəvi dəyərlərin qorunması və onun  gənc nəsillərə  aşılanmasında belə layihələrin əhəmiyyətindən danışmışlar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər