Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan ərazilərə yeni asfalt vurulması davam etdirilir

08 oktyabr 2020 | 16:00

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramlarının uğurlu icrası sayəsində respublikamızın hər yerində genişmiqyaslı abadlıq işləri aparılır. Ölkəmizdə həyata keçirilən quruculuq işləri Qazaxda da geniş vüsət alıb. Bu gün böyük bir tikinti meydançasını xatırladan Qazaxda yeni asfalt yolların çəkilməsi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmənzilli yaşayış binalarının təmir olunması, çoxsaylı məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi və yaxud da əsaslı şəkildə yenidən qurulması dediklərimizin əyani sübutudur.
Hazırda ölkə başçısının qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərin içməli su və kanalizasiya sistemi yenidən qurulur. Ən əsası da şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, eyni zamanda işlərin başa çatdırıldığı prospekt və küçələr abadlaşdırılır. Küçələrə yeni asfalt vurulur, səkilərə tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır və digər abadlıq işləri aparılır.
Şəhərin Heydər Əliyev prospektində və küçələrində su-kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrdə həyata keçirilən abadlıq işləri sürətlə davam etdirilir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Akkord Hydrotechnical Construction Company” MMC-nin direktoru Fəqani Əkbərov və digər aidiyyəti şəxslərlə birlikdə su-kanalizasiya xəttinin çəkilişi yekunlaşan və yeni asfalt vurulan Əliağa Şıxlinski küçəsi ilə Bakı küçəsinin kəsişməsində görülən işlərlə tanış olub. Rayon rəhbəri bütün işlərin keyfiyyətlə yerinə yetirilməsini bildirib və bu istiqamətdə aidiyyəti üzrə tapşırıqlarını verib.
Məlumat üçün qeyd edək ki, bu günə kimi şəhərin Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı küçələrinə yeni asfalt vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib. Həmçinin, şəhərdə ən böyük küçələrdən olan Əliağa Şıxlinski küçəsində su-kanalizasiya sisteminin çəkilişi yekunlaşdırılır ki, işlər bitən kimi burada da yeni asfalt vurulacaq.
Son illər ölkə başçısının rəhbərliyi altında respublikamızın hər yerində olduğu kimi, Qazaxda da genişmiqyaslı quruculuq işlərinin aparılmasını razılıq hissi ilə qarşılayan rayon sakinləri görülmüş işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.

Keçidlər