Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Multikultural dəyərlər və Azərbaycançılıq” mövzusunda toplantı keçirilmişdir

12 may 2016 | 16:00

Qazax rayon Gənclər Mərkəzində Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının təşkilatçılığı ilə “Multikultural dəyərlər və Azərbaycançılıq” mövzusunda toplantı  keçirilmişdir.
Toplantıda Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Qadınlar Şurasının sədri, Filologiya elmləri doktoru, professor Nurlana Əliyeva, YAP Mərkəzi Aparatının məsul işçisi Rəfail Gülməmmədov, YAP  Gəncə şəhər  təşkilatının Qadınlar Şurasının sədri, millət vəkili   Pərvin Kərimzadə, Qazax, Tovuz, Daşkəsən, Göygöl, Şəmkir,  Samux, Gədəbəy, Ağstafa, Kəlbəcər rayon təşkilatları Qadınlar Şurasının sədrləri, Yeni Azərbaycan Partiyasının üzvləri, KİV və ictimaiyyət nümayəndələri iştirak etmişlər
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.
Toplantını giriş sözü ilə YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının üzvü, Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini, Fizika-riyaziyyat elmləri namizədi Gülayə  Həsənova açaraq tədbirin mahiyyəti, müvafiq Sərəncama əsasən Azərbaycanda 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi və multikulturalizmin Azərbaycanda dövlət siyasəti səviyyəsində təbliğinə dair geniş məruzə ilə çıxış etmişdir.
Sonra YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva mültikulturalizmin tarixi kökləri, Azərbaycan mədəniyyətindəki yeri, əhəmiyyəti və dövlət siyasəti səviyyəsində inkişafı barədə çıxış edərək multikultural dəyərlərin geniş miqyasda təbliğ olunmasının önəmini vurğulamışdır. Söyləmişdir ki, bu cür tədbirlərin keçirilməsi dövlətimizin, xalqımızın multikultural dəyərlərə verdiyi qiymətin göstəricisidir. Mədəniyyətin özü də bu dəyərlərə daxildir. Azərbaycanın musiqisi, muğamı bütün dünyada təbliğ olunur. Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu istiqamətdə mühüm işlər görür.
Şuranın tədbirlər planına uyğun olaraq “Multikultural dəyərlər və azərbaycançılıq ideologiyası” mövzusunda tədbirlər bütün respublika ərazisində keçirildiyi qeyd etmişdir. Azərbaycançılıq ideologiyası  Ulu öndər, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra geniş miqyasda inkişaf edib. Və bu ideologiya sayəsində bütün dünya Azərbaycanı milli-mənəvi dəyərlərə dəyər verən bir ölkə kimi  tanımışdır.  Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə Azərbaycanda ictimai-siyasi sabitliyin tam təmin olunması və iqtisadi qüdrətimizin getdikcə artması  regional əməkdaşlığı gündən-günə möhkəmləndirir. Siyasi, iqtisadi və mədəni əlaqələrin uğurla davam etdirilməsi Azərbaycanı artıq çox nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirib.
N.Əliyeva multikultural dəyərlərin geniş mahiyyətə malik olduğunu,, multikulturalizm terrorun, müharibənin qarşısının alınmasında böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək azərbaycan qadınını multikultural dəyərlərin geniş şəkildə təbliğinə çağırmışdır.
Sonra YAP   Gəncə   rayon  təşkilatının  Qadınlar  Şurasının  sədri, millət   vəkili   Pərvin Kərimzadə,  YAP  Göygöl rayon  təşkilatının Qadınlar Şurasının sədri Nuranə Quliyeva,  YAP  Tovuz  rayon təşkilatının Qadınlar Şurasının sədri Aybəniz  Dəmirova, YAP  Kəlbəcər  rayon  təşkilatının Qadınlar Şurasının sədri Vüsalə Əsədova mövzu ətrafında geniş çıxış etmişlər.
Sonda YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov çıxış edərək tədbirin Qazax rayonunda təşkilinə görə  YAP İcra Katibliyinə və YAP Qadınlar Şurasına öz təşəkkürünü bildirmişdir.  YAP Qazax rayon təşkilatının üzvü olan  qadınların rayonun ictimai-siyasi  həyatındakı rolundan və onların fəaliyyətindən danışmışdır.

Keçidlər