Qazaxda kəndlərdə fəaliyyət göstərən çayxanalar növbəti dəfə dezinfeksiya olunub
Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, respublikamızda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər bu gün də davam etdirilir.
Koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün Qazaxda da şəhər mərkəzi ilə yanaşı, rayonun kəndlərində zəruri tədbirlər həyata keçirilir. İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq dezinfeksiya işləri aparılır.
Qazax RİH başçısı yanında yaradılmış operativ qərargahın tərtib etdiyi qrafikə əsasən rayonun Alpout, Abbasbəyli, Aslanbəyli, Qaymaqlı, Aşağı Salahlı, Orta Salahlı, Yuxarı Salahlı, Birinci Şıxlı, İkinci Şıxlı, Xanlıqlar, Hüseynbəyli, Kosalar, Canalı, Daş Salahlı, Quşçu Ayrım, Dəmirçilər, Çaylı, Qazaxbəyli kəndlərində fəaliyyət göstərən çayxanalar növbəti dəfə dezinfeksiya olunub. Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən çayxanalar təkrar olaraq Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələr qatılmış xüsusi məhlulla dərmanlanıb. Eyni zamanda sanitar-gigiyena qaydalarına əməl olunması barədə çayxana sahiblərinə ciddi xəbərdarlıq edilib.
Abbasbəyli kəndi
Alpout kəndi
Quşçu Ayrım kəndi
Aslanbəyli kəndi
Qaymaqlı kəndi
Yuxarı Salahlı kəndi
Birinci Şıxlı kəndi
İkinci Şıxlı kəndi
Xanlıqlar kəndi
Kosalar kəndi
Canalı kəndi
Daş Salahlı kəndi
Çaylı kəndi