Qazaxda su və kanalizasiya sisteminin çəkilişi yekunlaşmış Əliağa Şıxlinski küçəsinə asfalt örtüyü vurulur
Son illər ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın bütün bölgələri, o cümlədən də Qazax rayonu inkişaf edərək müasir və abad rayonlardan birinə çevrilir. Son dövrlər rayonda regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində geniş miqyas alan abadlıq və quruculuq işləri də bunu əyani şəkildə sübut edir. Bu gün sözün əsl mənasında tam əminliklə söyləyə bilərik ki, Qazax rayonu özünün intibah dövrünü yaşayır. Qısa zaman kəsiyində görülən işlər sayəsində Qazax tərəqqi yolunda uğurla addımlayır. Ötən müddət ərzində rayonda aparılan abadlıq və quruculuq işlərinin nəticəsidir ki, bu gün Qazax böyük bir tikinti meydançasını xatırladır.
Hazırda Respublika Prezidenti İlham Əliyevin qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərində içməli su və kanalizasiya sisteminin yenidən qurulması lahiyəsi uğurla icra edilməkdədir. Bunu görülən işlərdən də aydın şəkildə görmək olur. Ən əsası isə şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi yekunlşan ərazilər abadlaşdırılır. Belə ki, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır, rənglənmə işləri aparılır.
Şəhərdə böyük küçələrdən olan Əliağa Şıxlinski küçəsində də su və kanalizasiya sisteminin çəkilişi yekunlaşdığından küçənin xeyli hissəsinə asfalt örtüyü vurulub. Məlumat üçün qeyd edək ki, bu günə kimi şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrdə, eləcə də çəkiliş tam başa çatmış Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyü vurulub. Şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində isə abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.
Respublikamızda aparılan quruculuq işlərinin Qazaxda da geniş vüsət alması sakinlər tərəfindən razılıq hissi ilə qarşılanır və buna görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.