Qazaxda şəhər ərazisində fəaliyyət göstərən çayxanalar növbəti dəfə dezinfeksiya edilib
Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, ölkədə koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə həyata keçirilən kompleks tədbirlər bu gün də davam etdirilir.
Son günlər koronavirus infeksiyasına yoluxmaların sayında artım müşahidə olunduğundan respublikamızın hər yerində olduğu kimi, Qazaxda da infeksiyasının yayılmasının qarşısının alınması sahəsində həyata keçirilən tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib. Koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün istər şəhər mərkəzində, istərsə də rayonun kəndlərində mütəmadi olaraq dezinfeksiya işləri aparılır.
Qazax RİH başçısı yanında yaradılmış operativ qərargahın tərtib etdiyi qrafikə əsasən bu gün şəhər ərazisində fəaliyyət göstərən çayxanalar növbəti dəfə dezinfeksiya edilib. Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən çayxanalar təkrar olaraq Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələr qatılmış xüsusi məhlulla dərmanlanıb. Həmçinin, sanitar-gigiyena qaydalarına əməl olunması barədə çayxana sahiblərinə ciddi xəbərdarlıq olunub.