"Təhlükəsiz Oyun Meydançası"nın açılış mərasimi olmuşdur
Qazax rayonunun Xanlıqlar kənd tam orta məktəbinin həyətində Almaniya Qızıl Xaç Cəmiyyətinin əməkdaşlığı sayəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən tikilmiş Təhlükəsiz Oyun Meydançasının açılış mərasimi keçirilmişdir.
Açılış mərasimində Almaniyanın Qızıl Xaç Cəmiyyətinin icraçı katibi xanım Miçeld Rixer, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev, Silahlara qarşı mübarizə proqramının rəhbəri Məmməd Kətanov, Rayon İcra Hakimiyyətinin məsul işçi Sərdar Orucov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə ofisinin əlaqələndiricisi İsmayıl Əsədov, Xanlıqlar kənd tam orta məktəbin müəllimi Aynur Məmmədova, kənd sakini Həsən Həsənov və məktəb şagirdləri çıxış etmişlər.
Sonra Təhlükəsiz Oyun Meydançası əyləncə qurğuları ilə birlikdə orta məktəb şagirdlərinin ixtiyarına verilmiş və 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günündə onların sevincini daha da artırmışdır.