Ümummilli lider Heydər Əliyevin anadan olmasinin 89-cu ildönümü münasibətilə rayonumuzda çiçək bayrami keçirilmişdir
Rayonumuzda Çiçək bayramının keçirilməsi artıq ənənə şəklini almışdır. Ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu və yaradıcısı Heydər Əliyevin anadan olduğu günü Çiçək bayramı ilə böyük təntənəli şəkildə qeyd edirik.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov ulu öndər Heydər Əliyevin doğum gününün rayonumuzda yüksək səviyyədə qeyd edilməsi üçün sərəncam imzalamışdır. 26 aprel 2012-ci il tarixli sərəncama əsasən tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına uyğun olaraq bütün sahələr üzrə idarə və müəssisələrdə tədbirlər keçirilmiş, məktəblilər arasında müsabiqə və yarışlar təşkil edilmişdir. Çiçək bayramının keçirilməsi də tədbirlər planında qeyd olunmuşdur.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov bayramda iştirak etmək üçün Heydər Əliyev adına parka gəldi. Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək ulu öndərin əbədi xatirəsini yad elədi.
Sonra çiçəklərə baxış başladı. Bayramda 250-yə yaxın çiçək nümayiş olunurdu. Çiçək bayramında iştirak edənlər tədbirdən əliboş qayıtmadılar. Fərqlənən güllərin demək olar ki, hamısına mükafatlar verildi. Ümummiyyətlə isə çiçək müsabiqəsində 55 yer üzrə mükafatlandırma oldu. 150-yə yaxın rəsm əsərləri nümayiş olundu. Tədbirdə 20 nəfər məktəblinin ulu öndərə həsr etdiyi rəsm əsəri qalib gəldi. Yer tutan hər bir çiçək, rəsm əsəri, əl işləri sahiblərinə qiymətli hədiyyələr və rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları verildi.