Qazaxda Uşaqların Beynəlxalq Müdafiəsi günü geniş qeyd olunmuşdur
1950-ci il iyun ayının 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunmuş “Qadınların Beynəlxalq Konfransı”nda 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınmışdır. Bundan sonra iynun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü elan olunmuşdur. Hazırda dünyanın 190-a yaxın ölkəsində, o cümlədən Azərbaycanda bu gün qeyd olunur.
Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da insan haqlarının qorunmasına xüsusi önəm verilir. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqların bizim gələcəyimiz və ölkəmizin gələcəyinin onların əlində olmasını nəzərə alsaq onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur.
Qazax şəhərində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Tədbiri açıq elan edən Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gülayə Həsənova burada iştirak edən bütün uşaqları və onların valideynlərini 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə təbrik etmiş, onlara can sağlığı, xöşbəxt həyat və səadət arzulamışdır. Bildirmişdir ki, Azərbaycanda Uşaq siyasətinin əsası Ümummillli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan körpələri hər il Heydər Əliyevlə olan görüşlərdən sonsuz coşqu və böyük ilham alırdılar. Bu səmimi görüşlər hər bir uşağın yaddaşında əbədi iz qoymuşdur.
Ümumilli Lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının Uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.
Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu gün də səfərbər olunmasına yönəlmişdir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi əsasında ötən illər ərzində respublikamızın ən müxtəlif bölgələrində yüzlərlə müasir məktəb binası tikilib istifadəyə verilmiş, bir çox körpələr evi, uşaq bağçası və orta məktəblər əsaslı təmir olunmuşdur. Bu gün dövlətimiz hər bir Azərbaycanlı uşağının yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır. Məqsəd – uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir. Sonra şagirdlərin ifasında ədəbi - bədii kompozisiya göstərilmiş və bayram konserti təşkil olunmuşdur. Daha sonra il ərzində Respublika səviyyəli müxtəlif nominasiyalar üzrə həyata keçirilmiş tədbirlərdə fərqlənərək uğur qazanmış şagirdlər qiymətli hədiyyələrlə təltif olunmuşdur.