Qazax rayonunda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar keçirilmişdir
Qazax rayonunda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət KOmitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul işçiləri, Din xadimləri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova rayonda dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülmüş işlər barədə ətraflı məlumat vermişdir.
Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı geniş məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, respublikamızda insan hüquq və azadlıqlarının bərqərar olmasına, milli mənəvi dəyərlərimizin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir. Ümummili lider Heydər Əliyevin ardıcıl, məqsədyönlü fəaliyyəti sayəsində ölkəmizdə insan hüquqlarının qorunmasına dair qanunvericilik bazası beynəlxalq hüquq normalarına uyğunlaşdırılmış, dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit olunmuş, dini etiqad azadlığı ilə bağlı hüquqi-normativ aktların icrasının təmin olunmasına nəzarət edilməsi, konfessiyalar arasında dözümlülük ənənəsinin möhkəmləndirilməsi, milli-mənəvi abidələrimizin bərpası və qorunmasında mühüm tədbirlər həyat keçirilmişdir. Birmənalı demək olar ki, Azərbaycanda qəbul edilən qanunlar və normativ aktlar bütövlükdə dini etiqad azadlığını təmin edir və yarana biləcək problemləri həll etmək, dövlətlə dini qurumlar arasındakı münasibətləri qanun çərçivəsində tənzimləmək üçün hüquqi əsas yaradır.
Aydındır ki, Azərbaycan Respublikasının Konstitusiyası, “Dini etiqad azadlığı haqqinda” və “Dini ekstermizmə qarşı mübarizə haqqında” Azərbayca Respublikasının qanunları ilə ölkəmizdə dini etiqad azadlığı, eləcədə dini fanatizm, dini radikalizm, dini ekstermizm hallarına qarşı mübarizə tam təmin olunub. Ən mütərəqqi və sivil dəyərlərə əsaslanan qanunvericilik bazamız imkan verir ki, ölkəmizdə istənilən vətəndaş öz arzusu ilə istədiyi dinə sitayiş etsin. Lakin bu o demək deyil ki, xarici dövlətlərin dini misioner təşkilatları ölkəmizdə istənilən təbliğatı qura və din pərdəsi adı altında küllü miqdar da pul vəsaiti xərc etməklə, maddi baxımdan az təminatlı insanları əla alaraq, dövrü mətbuata və ayrı-ayrı informasiya kanallarına qeyri obyektiv məlumatlar ötürməklə, bu kimi digər mürtəce niyyətli əməllərlə təmsil etdikləri dövlətlərin maraqlarını həyata keçirə bilərlər. Bu və buna bənzər faktlar Azərbaycan respublikasının milli və siyasi maraqlarına ziddir və belə halların qarşısı mütləq və qətiyyətlə alınmalıdır. Həm də unutmamalıyıq ki, hər bir dövlətin əsas funksiyası cəmiyyətdə baş verə biləcək ziddiyyətləri əvvəlcədən görmək və onun qarşısını almaqdır. Bu baxımdan dövlətimiz kifayət qədər gücə və təcrübəyə malikdir.
Təssüflə qeyd olunmalıdır ki, son zamanlar ölkəmizdəki tolerantlıqdan narahat olan qeyri ənənəvi dini cərəyanların nümayəndələri müxtəlif vasitələrlə radikal dini fəaliyyətlə məşğul olmağa cəhd edirlər.Bu kimi niyyətləri dövlətimiz və respublika ictimayyəti daim dəf edib. Baxmayaraq ki, öz polietnik tərkibinin zənginliyinə görə respublikamız nadir ölkələrdəndir və bunlar nəzərə alınaraq hadisə və proseslərin dövlət səviyyəsində tənzimlənməsinə nəzarət mexanizmi yaradılmışdır. Bu mexanizm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən idarə olunur. Odur ki, dini təbliğat adı ilə pərdələnərərək öz maraqlarını ideoloji müstəvidə gerçəkləşdirməyə çalışan qüvvələrə qarşı ən kəsərli silahımız milli dəyərlərin qorunmasıdır.
S.Salahlı respublikamızda dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və həyata keçirilməsi, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərinin həlli prosesinə cəlb olunması sahəsində dövlətin həyata keçirdiyi tədbirləri din xadimlərinin nəzərinə çatdırdı.
Çıxış edən natiqlər də bu sahədə görülən işlərdən danışaraq dinimizin yad ünsürlərdən qorumasının yollarını, son vaxtlar qeyri-ənənəvi, zərərli dini cərəyan və təriqətlərlə bağlı fikir mübadiləsi apardılar.
Sonda tədbir iştirakçıları tərəfindən verilən suallar cavablandırıldı.