Millət vəkili Səməd Seyidov və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vətən müharibəsi şəhidlərinin evlərində olub, onların qayğıları ilə maraqlanıblar
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları uğurla başa çatdı və Azərbaycan tarixi Qələbəyə imza atdı. 44 gün ərzində rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını da darmadağın etdi. Şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, igid Vətən oğulları döyüş meydanında göstərdikləri şücaətlə Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” devizini 44 günün ərzində reallığa çevirdilər. Qazandığımız böyük Qələbə ilə bütün dünyaya bir daha sübut etdik ki, doğurdan da “Qarabağ Azərbaycandır!”. Azərbaycan qüdrətli dövlətdir və istənilən əməliyyatın öhdəsindən gəlməyə qadir olan güclü ordusu var.
Torpaqlarımızın ərazi bütövlüyünün bərpa olunması uğrunda aparılan Vətən müharibəsində Qazaxın igid, mərd, cəsur oğulları da qəhrəmanlıqla vuruşdular. "Qarabağ Azərbaycandır!” şüarını əldə rəhbər tutaraq torpaqlarımızın yağı düşməndən azad olunması üçün ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalmaqdan bir an belə çəkinmədilər. Vətən müharibəsinin, İkinci Qarabağ müharibəsinin şəhidi olaraq adlarını tarixə yazdılar. Tarixi ədalətin bərpa olunmasında son damla qanlarına kimi vuruşaraq torpaq uğrunda canlarından keçən, Şəhidlik zirvəsinə yüksələn igid Vətən oğullarının xatirəsini əziz tutmaq, onların ailələrinə qayğı göstərmək, sahib çıxmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Bu gün Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla birlikdə İkinci Qarabağ müharibəsinin qazaxlı şəhidlərinin evlərində olub, onların qayğıları ilə maraqlanıblar. İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Qaymaqlı, Aslanbəyli, Hüseynbəyli, Canalı kəndlərindən olan Vətən müharibəsinin şəhidləri əsgər Kərimov Emil İlqar oğlunun, əsgər Omarov Elmar Elvar oğlunun, baş leytenant Hüseynov Nəbi Hacıbala oğlunun, əsgər Həsənov Babək Saleh oğlunun, əsgər Nəsibov Nicat Səməd oğlunun, əsgər Mustafayev Merik Musa oğlunun, kapitan Pənahov Rövşən Mahmud oğlunun, əsgər Nəsibov Asəf Səfəralı oğlunun, kiçik çavuş Mustafayev Sərxan İslam oğlunun, baş gizir Hacıyev Teymur Zaur oğlunun, əsgər Abdullayev Taleh Temraz oğlunun, leytenant Yaqubov Mayis Rəhim oğlunun, əsgər Əliyev İlkin Bəxtiyar oğlunun, kiçik gizir Mədətov Röyal Şahin oğlunun, əsgər Daşdəmirov Elfak Eltun oğlunun ailələrini ziyarət ediblər.
Şəhidlərimizin ruhuna dualar oxunub, əziz xatirələri dərin ehtiramla yad edilib. Şəhidlərimizin ailələrinə, yaxınlarına, valideynlərinə bir daha başsağlığı verilib, Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin hər zaman qəlbimizdə əbədi yaşayacağı vurğulanıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün fəxrlə, qürurla səsləndirdiyimiz şanlı Qələbəmizə, Zəfərimizə görə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında hərb tariximizdə yeni səhifə açan Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, qanları ilə tarix yazan şəhidlərimizə hər zaman minnətdar və borclu olduğumuzu bir daha dilə gətirib. Ölkə Prezidentinin şəhidlərimizin, yaralılarımızın, hərbçilərimizin ailələrinə olan diqqət və qayğısının bu gün hər birimiz üçün örnək, nümunə olduğunu diqqətə çatdırıb. İcra başçısı onlara göstərilən diqqətin, qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini bildirib.
Milli Məclisin deputatı Səməd Seyidov şəhidlərimizin ailələrinə başsağlığı verərək bütün şəhidlərimizin ruhu qarşısında baş əydiyini söyləyib. Şəhidlərimizlə, eləcə də vətənpərvər oğullar yetişdirən ata və analarla hər birimizin fəxr etdiyini dilə gətirib.
Millət vəkili şəhidlərimizin əzmi, iradəsi, qəhrəmanlığı sayəsində 30 illik həsrətə son qoyulduğunu, illərdir düşmən tapdağında olan torpaqlarımızın azad olunduğunu bildirib. “Bu gün şəhidlərimizin evi ziyarətgah yerimiz, fəxrlə açacağımız qapı və bir ömür boyu unutmayacağımız ünvandır”, - deyən millət vəkili Vətən uğrunda canından keçən bütün şəhidlərimizin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını bildirib. Nə qədər Azərbaycan dövləti və xalqı var, illər ötsə belə şəhidlərimizin və onların qəhrəmanlığının heç vaxt yaddan çıxmayacağını söyləyib. Gələcək nəsillərin 30 illik Qarabağ həsrətinə 44 gündə son qoyan Vətən oğullarının igidliyini, qəhrəmanlığını sevə-sevə öyrənəcəyini, onlarla hər zaman fəxr edəcəklərini qeyd edib. Bugünkü şanlı Zəfərimizə görə Ali Baş Komandan İlham Əliyevə, Müzəffər Ordumuzun əsgər və zabitlərinə, hərbçilərimizə, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimizə minnətdar olduğumuzu bir daha qeyd edərək şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib.
Dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə razılıq edən ailələr həmin qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Övladlarının döyüş meydanında göstərdikləri igidliklərinin ölkə Prezidenti tərəfindən yüksək qiymətləndirilərək orden və medallara layiq görülməsini minnətdarlıq hissi ilə qarşılayıblar.
"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş İkinci Şıxlı kənd sakini, şəhid əsgər Kərimov Emil İlqar oğlunun ailəsi
“Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş İkinci Şıxlı kənd sakini, şəhid əsgər Omarov Elmar Elvar oğlunun ailəsi
“Qarabağ” ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş Birinci Şıxlı kənd sakini, şəhid baş leytenant Hüseynov Nəbi Hacıbala oğlunun ailəsi
“Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş Birinci Şıxlı kənd sakini, şəhid əsgər Həsənov Babək Saleh oğlunun ailəsi
"Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş Birinci Şıxlı kənd sakini, şəhid əsgər Nəsibov Nicat Səməd oğlunun ailəsi
"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Birinci Şıxlı kənd sakini, şəhid əsgər Mustafayev Merik Musa oğlunun ailəsi
"Vətən uğrunda”, "İgidliyə görə” və "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Birinci Şıxlı kənd sakini, şəhid kapitan Pənahov Rövşən Mahmud oğlunun ailəsi
"Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş Qaymaqlı kənd sakini, şəhid əsgər Nəsibov Asəf Səfəralı oğlunun ailəsi
Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Aslanbəyli kənd sakini, şəhid kiçik çavuş Mustafayev Sərxan İslam oğlunun ailəsi
"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Yuxarı Salahlı kənd sakini, şəhid baş gizir Hacıyev Teymur Zaur oğlunun ailəsi
"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Yuxarı Salahlı kənd sakini, şəhid əsgər Abdullayev Taleh Temraz oğlunun ailəsi
“Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları medalları ilə təltif olunmuş Daş Salahlı kənd sakini, şəhid leytenant Yaqubov Mayis Rəhim oğlunun ailəsi
“Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Canalı kənd sakini, şəhid əsgər Əliyev İlkin Bəxtiyar oğlunun ailəsi
“Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları medalları ilə təltif olunmuş Hüseynbəyli kənd sakini, şəhid kiçik gizir Mədətov Röyal Şahin oğlunun ailəsi
"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Fərəhli kənd sakini, şəhid əsgər Daşdəmirov Elfak Eltun oğlunun ailəsi