Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Səməd Seyidov yeni ilin ilk iş həftəsində Qazaxda seçiciləri ilə görüşüb

10 yanvar 2021 | 16:00

107 saylı Qazax Seçki Dairəsindən millət vəkili seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov yeni ilin ilk iş həftəsində Qazaxda bir qrup seçicisi ilə görüşüb.
Qazax Rayon Heydər Əliyev Mərkəzində ölkəmizdə elan olunmuş xüsusi karantin rejiminin tələblərinə riayət olunmaq şərtilə təşkil olunmuş görüşdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva və millət vəkilinin köməkçisi Akif Əmirov iştirak ediblər.
Seçiciləri ilə səmimi söhbət edən millət vəkili bu cür görüşlərin təməlində ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşlara olan qayğısının, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin dayandığını qeyd edib, bugünkü görüşün də məhz o məqsədi daşıdığını bildirib. “Hər bir dövlət məmurunun vəzifə borcudur ki, siz vətəndaşlara qayğı ilə yanaşsın”, - deyən millət vəkili bu cür görüşlərin vətəndaş məmnunluğuna xidmət etdiyini bir daha vurğulayıb.
Daha sonra millət vəkili Səməd Seyidov seçicilərin müraciətləri ilə tanış olub, onları diqqətlə dinləyərək irəli sürülən məsələlərin həlli üçün öz imkan və səlahiyyətləri daxilində aidiyyəti orqanlara müraciət edəcəyini bildirib. Qaldırılan bəzi məsələlərin yerində araşdırılmasını bildirərək köməkçisi Akif Əmirova aidiyyəti üzrə tapşırıqlarını verib.

Keçidlər