Rayonun ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilmişdir
Qazax rayonunun 40 ümumtəhsil məktəbində “Son zəng” tədbirləri keçirilmişdir. 2016-cı tədris ilində Qazax rayonunun 34 tam orta məktəbindən 856 nəfər məzun olmuşdur. Son zəng tədbiri Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 iyun 2016-cı il tarixli, 399 №-li əmrinə müvafiq olaraq məktəblərdə yüksək səviyyədə təşkil edilmişdir. Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının və rayon Təhsil Şöbəsinin nümayəndələri iştirak etmişlər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı сənab Rəcəb Babaşov şəhər 1 saylı tam orta məktəbində olmuş, məzunlara, valideyn və müəllimlərə səmimi arzularını çatdırmışdır. Respublika təhsilinə, o cümlədən Qazax rayonunun təhsilinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları və Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva təfərindən göstərilən diqqət və qayğıdan danışmış, təhsilimizin uğurları və qarşıda duran vəzifələr haqqında məlumat verilmişdir. Qeyd edilmişdir ki, son 10 ildə rayonumuzda 17 məktəb dövlət büdcəsi hesabına, 4 məktəb Heydər Əliyev fondu hesabına inşa edilərək müəllim və şagirdlərin istifadəsinə verilmişdir. 10 məktəb əsaslı təmir edilmiş, 1 məktəbdə isə əsaslı təmir işləri sürətlə davam etdirilir. Yeni dərs ilinin əvvəlində məktəbin istifadəyə verilməsi nəzərədə tutulmuşdur.
Tədbirin sonunda məzunlara qarşıdan gələn buraxılış və qəbul imtahanlarında uğurlar arzulanmışdır.