Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda kənd təsərrüfatı məhsulları istehsalının artırılması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrə dair rayon Müşavirəsi keçirilmişdir

21 iyun 2016 | 16:00

Bölgələrdə kənd təsərrüfatı işlərinin gedişi, bu sahənin inkişafı ilə əlaqədar mövcud ehtiyatların araşdırlması məqsədilə yaradılmış İşçi qrupunun iyunun 21-də Qazaxda sahibkarların, fermerlərin və mütəxəssislərin iştirakı ilə geniş Müşavirəsi keçirilmişdir. İşçi qrupunun üzvləri  əvvəlcə rayonun Cəfərli kəndi ərazisində əkilmiş torpaq sahəsinə, 170 başlıq kökəltmə məntəqəsinə baxış keçirmişlər, Qazax Konserv zavodunun, Daş Salahlı kəndində  Toxumçuluq təsərrüfatının və “Aqrolizinq”ASC-nin Qazax bölməsinin fəaliyyəti ilə tanış olmuşlar. 
Gənclər Mərkəzində keçirilən müşavirəni açan Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov qeyd etmişdir ki,  bu gün ölkə perzidenti İlham Əliyev cənablarının təşəbbüsü ilə Azərbaycanda qeyri-neft sektoruna əsaslanan iqtisadi-inkişaf modeli prioritet seçilmişdir. Qarşıda duran əsas məqsəd Azərbaycanda iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal gücündən səmərəli istifadə etmək, rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaqdır.
Qazax rayonunun ümumi ərazisi 69229 hektar təşkil edir ki, bundan 15402 hektar dövlət mülkiyyətində saxlanılmış, 29353 hektarı bələdiyyə mül¬kiyyətinə, 24474 hektarı isə xüsusi mülkiyyətə verilmişdir. Rayonun 7663 hektar ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olun¬muşdur. İşğal olunmuş ərazinin 3522 hektarı  kənd təsərrüfatına yararlı torpaq sahə¬ləridir. Rayon üzrə mövcud olan 47000 hektar kənd təsərrüfatına yararlı torpaqların 21180 hektarı əkin sahəsi, 613 hektarı çox illik bağlar, 1890 hektarı dinc, 927 hektarı biçənək, 22390 hektarı örüş-otlaq sahəsi kimi istifadə olunur. Rayon üzrə mövcud olan 21180 hektar əkin sahəsinin hazırda 14878 hektarı əkilmişdir. Rayonda kənd təsərrüfatının inkişafının sürətləndirilməsi üçün rayon Kənd Təsərrüfatı idarəsi yaradılmış və həmin idarənin inzibati binası üçün iki mərtəbəli mansarlı binanın tikintisi başa çatdırılmışdır.
Qazax rayonu Respublikanın aparıcı üzümçülük rayonların¬dan biri olmuş, 8 min hektar üzüm bağlarından ümumi 60-65 min ton üzüm istehsal olunmuş, 7 ədəd üzüm qəbulu və emalı müəssisəsi fəaliyyət göstərmişdir.
Hazırda 362  hektar üzüm bağından 3822 ton üzüm istehsal olu¬nur ki, üzüm qəbulu və emalı müəssisəsi olmadığına görə istehsal olunmuş üzümün satışında çətinliklər yaranır. Rayonda 10 min ton istehsal gücünə malik 1 ədəd şərab zavodunun olmasına baxmayaraq, hal-hazırda fəaliyyət göstərmir. Rayon ərazisində üzüm qəbulu mən¬tə¬qə¬ləri, emal müəssisələri və məhsulun saxlanılması üçün soyuducu ka¬me¬ra¬lar yaradılarsa üzümçülü¬yün inkişafına nail olmaq olar.
Qazax Respublikanın həm də meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdiyi rayonlarındandır. Belə ki, il ərzində 15 min tonadək meyvə və 12 min tonadək tərəvəz məhsulları istehsal olunur. Lakin istehsal olunmuş meyvə və tərəvəz məhsullarının qəbulu üçün emal müəssisələri olmadığına görə bu sahənin inkişafı ləngiyir, potensial imkanlarından tam istifadə olunmur. Rayonda mövcud olan “Qazax Konserv Zavod” MMC-nin 5500 ton kartof məhsulu saxlamaq üçün, 400 ton meyvə və tərəvəz saxlamaq üçün soyuducu kamerası vardır. Kartof istehsalçıları öz məhsullarını həmin kameralarda saxlayırlar.  Bu il Birinci Şıxlı kəndi ərazisində "Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı" MMC yaradılmışdır. Müəssisə tərəfindən 350 hektar torpaq sahəsi icarəyə götürülmüş və həmin ərazidə kartofçuluğun inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Bu da rayonda yeni iş yerlərinin yara¬dılmasına, kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcəkdir.
Rayon ərazisində “Asadov Kapital” MMC-nin Çaylı kənd taxıl terminalı fə¬aliyyət göstərir. Həmin taxıl terminalı 3000 ton taxıl tədarük etmək gü¬cü¬nə malikdir, 250 ton meyvə-tərəvəz məhsullarının saxlanılması üçün soyu¬du¬¬cu kameraları vardır. Müəssisə terminalda və soyuducuda öz isteh¬sa¬lı olan məh¬sullarını saxlayır. Rayon əhalisindən isə məhsul qəbul etmir. Ona gö¬¬rə əhali tərəfindən yetişdirilən meyvə və tərəvəz məh¬sul¬la¬rı¬nın tə¬da¬rü¬kü və emalı müəssisələri yaradılarsa əhalinin məşğul¬lu¬ğu¬nun artı¬rıl¬ması ilə yanaşı meyvəçilik və tərəvəzçilik sahələrinin  inkişafı¬na təkan veril¬miş olar.
Əvvəllər rayonun dağətəyi kəndlərində tütünçülük əkini effektli olmuş¬dur. Bu il rayon ərazisində 10 hektar  tütün əkilmişdir. Rayon ərazi¬sində tütünün qurudulması və qəbulu məntəqəsi olarsa,  gələcəkdə daha çox tütün sahəsinin əkilib becərilməsinə əhalidə maraq artar.
Rayonda 146175 baş xırda buynuzlu və 30333 baş iri buynuzlu mal-qara mövcuddur. Heyvandarlıqla məşğul olan 14 fermer təsərrüfatı, 4 kənd təsərrüfatı müəssisəsi vardır.  İri buynuzlu heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə süni ma¬ya¬lanma işləri təşkil edilmişdir. 2015-ci ildə 435 baş iri buynuzlu hey¬vandan 354 baş bala, 2016-cı ilin bi¬rin¬ci rübündə isə 148 baş iri buynuzlu heyvandan 76 baş sağlam bala alınmışdır. Maldarlıqla məşğul olan təsər¬rü¬fat¬ların  bi¬rin¬də “Holşteyn-friz” cinsindən olan, Almani¬yadan gəti¬ril¬miş 75 baş dü¬yədən 76 baş bala almışdır. Həmin heyvanlar südlük istiqa¬mət¬li cinslər¬dir. Gün¬də¬lik süd istehsalı hər heyvanın baş sayına görə orta hesabla 18-22 litrdir. Birinci Şıxlı kəndində 170 başlıq kökəltmə ferması tikilmişdir.
Qış otlaq torpaqlarının inzibati ərazi bölgüsündə Ağstafa rayonuna, yay otlaq torpaqlarının bir hissəsinin isə inzibati ərazi bölgüsündə Gədəbəy və Daşkəsən rayonlarına verildiyinə görə mal-qaranın baş sayına görə hal-hazırda Qazax rayonunun mövcud olan örüş sahəsi azlıq təşkil edir. Odur ki, həmin örüş sahələrinin Qazax rayonunun sərəncamına verilməsi rayonda heyvandarlığın  inkisafı üçün daha səmərəli olar.
Rayonda ət və süd məhsullarının qəbulu və emalı müəssisə¬lə¬ri¬nin möv¬cud olmaması rayon ərazisində fərdi və fermer təsərrüfatlarında istehsal olu¬¬nan ət, süd və süd məhsullarının satışı üçün çətinlik yaradır. Bu çətin¬liyin aradan qaldırılması üçün  rayonda ət və süd məhsullarının qəbulu və emalı müəssisələrinin yaradılmasına ehtiyac vardır.
Taxılçılıq rayonun iqtisadiyyatının əsasını təşkil edir. Əvvəlki ilə nis¬bə¬tən taxıl səpini 2202 hektar  artmışdır. Bugünədək rayon ərazisində 359 hektar  ta¬xıl sahəsi biçilmiş, biçinə 19 ədəd kombayn cəlb edilmişdir. Bundan əla¬və rayonda kartofçuluğun, günəbaxanın və dən qarğıdalısının inkişaf et¬di¬ril¬¬məsinə də iqlim şəraiti imkan verir. Lakin texnikanın çatışmazlığı səpin və yığım dövründə çətinliklər yaradır. Belə ki, rayon ərazisində “Aqrolizinq” ASC-nin Şəmkir regional nümayəndə¬li¬yinin Qazax rayon bölməsi fəaliyyət gös¬tərir. Qazax rayon bölməsində 40 ədəd kənd təsərrüfatı texnikası vardır ki, ondan da 29 ədədi yararsız vəziyyətdədir. Odur ki, “Aqrolizinq” ASC-nin Şəmkir regional nümayəndəliyinin Qazax rayon bölməsinə 80 ədəd texnikanın verilməsi vacibdir. Bu kənd təsərrüfatı bitkilərinin becə¬ril¬mə¬si zamanı yaranan problemin həllinə müsbət təsir göstərər.
  Rayonda mövcud olan 21180 hektar əkin sahəsindən yalnız 14628 hektarı suvarılan sahələrdir. Rayonun ümumi ərazisinin isə yalnız 21 faizi suvarılır.
Rayonun kənd təsərrüfatı bitkilərinin suvarılması üçün su mənbəyi Ermənistan ərazisindən qidalanan su tutumu 120 mln.m3 olan Ağstafaçay su anbarı, su tutumu 20 mln. m3 olan Coğazçay su anbarı və su tutumu 2,6 mln. m3 olan İncəsu çay  su anbarlarıdır. Son illərdə müşahidə olunmuşdur ki, hava şəraitinin quraqlıq keçməsi ilə əlaqədar su anbarlarında normadan az su yığılır ki, bu da öz növbəsində  kənd təsərrüfatı bitkilərinin vegitasiya dövründə suvarılmasında müəyyən çətinliklər yaradır. Bu problemlərin aradan qaldırılması üçün ümumi su tutumu 120 mln. m3 olan Qazax, Ağstafa, Tovuz, Şəmkir rayonlarının əkin sahələrini su ilə təmin edən Ağstafaçay su anbarının su təminatını yaxşılaşdırmaq məqsədi ilə Kür çayından pilləli nasos stansiyasının və d=1000 mm-lik  boru xəttinin quraşdırılması vacibdir.
Ümumi uzunluğu 19,4 km. və su buraxma qabiliyyəti 1,5 m3/san olan rayonun Birinci Şıxlı, İkinci Şıxlı və Aslanbəyli kəndlərinin 1500 hektar əkin sahəsinə xidmət edən Şıxlı arxının Gürcüstan Respublikası ərazisində 3,1 km. uzunluğunda beton üzlük çəkilməsinə baxmayaraq, Qazax rayonu ərazisindən keçən 16,3 km. olan hissəsinə də beton üzlük çəkilərsə əkin sahələrinin su təminatını yaxşılaşdırmaqla bərabər su itkisini azaltmaq olar.
Qazax rayonunun 3800 hektar, Ağstafa rayonunun 3500 hektar suvarılan sahələrinə xidmət edən uzunluğu 9,9 km suburaxma qabiliyyəti 3,5 m3/san torpaq məcralı “Axmaz” arxına  və müvafiq olaraq uzunluğu 15 km suburaxma qabiliyyəti 3,5 m3/san olan torpaq məcralı “Zor” arxına beton üzlük çəkilərsə suvarılan torpaqların su təminatını yaxşılaşdırmaqla su itkilərini azaltmaq mümkündür. Rayonun Çaylı və Kommuna kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün uzunluğu 9 km olan torpaq məcralı Xanlıqlar arxına beton üzlüyün çəkilməsi məqsədəuyğundur.
Rayonda suvarılan torpaqların şoranlaşmasının qarşısının alınması üçün 1979-cu ildə Daş Salahlı kəndində 8,6 km, Qazaxbəyli kəndində 9,3 km, Orta Salahlı kəndində 4 km və Aşağı Salahlı kəndində 36 km  (cəmi 57,9 km) uzunluğunda kollektor-drenaj şəbəkəsi çəkilmişdir. Həmin kollektor-drenaj şəbəkəsi 1200 hektar əraziyə xidmət edirdi. Hazırda kollektor-drenaj şəbəkəsi yararsız vəziyyətə düşdüyündən yeraltı qrunt sularının üzə çıxması nəticəsində əkin sahələrində şoranlaşma yaranır. Bu qüsurların aradan qaldırılması üçün yuxarıda qeyd olunan kəndlərin ərazilərində yeni kollektor-drenaj şəbəkəsinin çəkilməsi məqsədə¬uyğundur.
Müşavirədə  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının aqrar siyasəti məsələləri şöbəsinin müdiri, İşçi qrupunun rəhbəri Azər Əmiraslanov çıxış edərək dövlətimizin başçısının bölgələrdə kənd təsərrüfatının inkişafı istiqamətində qarşıya qoyduğu konkret vəzifələrdən, bu sahəyə göstərilən dövlət qayğısından danışmışdır. İşçi qurpunun fəaliyyət istiqamətlərini şərh edən şöbə müdiri bildirmişdir ki, qrup tərəfindən indiyədək 30-dan çox rayonda   kənd təsərrüfatının inkişaf perspektivləri araşdırılmış və bununla bağlı müşavirələr keçirilmişdir. A.Əmiraslanov ölkədə aqrar sektorun inkişaf istiqamətlərindən, bu sahəyə göstərilən dövlət qayğısından danışaraq Qazaxda taxılçılıq və heyvandarlıqla yanaşı üzümçülüyün, bağçılığın, meyvə və tərəvəzçiliyin, böyük perspektivlərindən danışmış və bu gəlirli sahələrdə görüləsi  konkret işlər barədə məlumat vermişdir.
Sonra Müşavirə diskussiya şəraitində davam etdirilmişdir. Sahibkarların, fermerlərin və rayon sakinlərinin sualları və təklifləri cavablandırılmışdır. Müşavirədə rayonun əkin sahələrinin suvarma suyu ilə tam təmin olunması, yeni kənd təsərrüfatı tüxnikalarının alınması, əkin traktorlarının və kombaynların sayının artırılması, üzüm və süd məhsullarının emalı müəssisələrinin, üzüm və digər kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu kameralarının yaradılması, rayonda qazılan subartezian quyularının sayının artırılması, su itkisinin qarşısı almaq üçün su axrlarının beton üzlüyə alınması, relyefə uyğun çiləmə üsulu ilə suvarmanın aparılması, su nasoslarının təzələnməsi, Kür çayı boyunca sahilbərkitmə işlərinin aparılması, tütünün qurudulması üçün məntəqənin tikilməsi və s. məsələlər barədə  təkliflər səsləndirilmişdir.
Verilən təkliflər araşdırılmaq və icra olunmaq üçün nəzarətə götürülmüşdür.

Keçidlər