Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Şuşa şəhərinin Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmasından 20 il ötür

09 may 2012 | 20:00

Qazax rayon İcra Hakimiyyətinin akt zalında bu münasibətlə tədbir keçirilmişdir. Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov tədbirdə çıxış edərək bildirmişdir ki, 20 il bundan əvvəl Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhəri Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilmişdir. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilmiş, 600 nəfər yaralanmış, 22 min nəfər öz doğma yurd-yuvalarından didərgin düşmüşdür. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər heç bir məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı 279 dini, tarixi və mədəni abidə düşmən tərəfindən dağıdılmışdır. Şuşanın işğalı ilə Azərbaycanın 289 kvadratkilometr ərazisi ermənilərin nəzarətinə keçmişdir.
Tədbirdə N saylı hərbi hissənin əməliyyat bölməsinin rəisi Namiq Heydərov, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi Qazax rayon şöbəsinin sədri Xasay Balayev, rayon gənclər və idman idarəsinin məsləhətçisi İsmayıl Süleymanov çixiş edərək Şuşanın işğalından danışmış və vətənin müdafiəsinə hər zaman hazır olduqlarını bildirmişlər.
Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov tədbirə yekun vuraraq möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımızın düşmən işğalından azad ediləcəyinə əmin olduğunu bildirmişdir.
 

Keçidlər