Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı su və kanalizasiya sisteminin çəkilişindən sonra yeni asfalt örtüyü vurulan Molla Vəli Vidadi küçəsində olub

26 yanvar 2021 | 16:00

Bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Qazaxda ən böyük layihələrdən biri - şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi uğurla icra olunur. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən işlər yekunlaşan kimi həmin ərazilər abadlaşdırılır, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır, rənglənmə işləri aparılır, yaşıllıqlar salınır.
Hazırda su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan şəhərin Heydər Əliyev prospektində, eyni zamanda Azadlıq, Murtuz Carçıyev, Əminə Dilbazi küçələrində abadlıq işləri aparılıb. Belə ki, prospektdə işlər yekunlaşan hissəyə yeni asfalt vurulması üçün alt hissənin hazırlıq işləri yekunlaşıb, o cümlədən köhnə tamet və bardürlər sökülərək yeniləri ilə əvəzlənir. Su və kanalizasiya sisteminin çəkilişi başa çatan Azadlıq, Əminə Dilbazi, Murtuz Carçıyev küçələrinə isə yeni asfalt örtüyü vurulub. Küçələrdə elektrik, rabitə, qaz xətləri səliqəyə salınıb.
Bu gün Qazaxda su və kanalizasiya sisteminin çəkilişi başa çatan Molla Vəli Vidadi küçəsinə də yeni asfalt örtüyü vurulub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin küçədə olub, görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanıb.
Ölkəmizi əhatə edən abadlıq işlərinin Qazaxda da uğurla davam etdirilməsi, son illər rayonda  yeni asfalt yolların çəkilməsi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmənzilli yaşayış binalarının təmir olunması, yeni məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi və ya əsaslı şəkildə yenidən qurulması sakinlər tərəfindən də razılıq hissi ilə qarşılanır. Sakinlər bütün bu işlərə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirirlər.
Məlumat üçün onu da qeyd edək ki, ötən il şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrə, eləcə də çəkiliş başa çatmış Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.

Azadlıq küçəsi

Molla Vəli Vidadi küçəsi

 

 

 

 

Keçidlər