Şriftin ölçüsü :

Saytın rəngi :

“Ağ ölüm – Qara ləkə” – Qazaxda tədbir

22 iyun 2016 | 16:00

Qazaxdakı Gənclər Mərkəzində Rayon İcra Hakimiyyətinin təşkilatçılğı ilə “Ağ ölüm – Qara ləkə” adlı tədbir keçirilmişdir. Tədbirdə videoçarx nümayiş olunmuş, sonra Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev məruzə ilə çıxış etmişdir.
Qarabağ Müharibəsi əlili, baş leytenant  Kamil Musəvi çıxış edərək gənclərimizə zərərli vərdişlərdən uzaq olmağı, narkotikdən istifadə edilməsinin milli-mənəvi dəyərlərə zidd, Vətənə, torpağa, ailəyə xəyanət olduğunu vurğulamış və gəncləri, həmçinin bütün cəmiyyəti ictimaiyyətdə bu bəlaya düçar olmuş insanlara biganə qalmamağa, onları doğru yola çəkməyə səsləmişdir.
Rayonun baş narkoloqu Nahidə Osmanova, Rayon Polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru, polis mayoru Sarif Qurbanov, Rayon Təhsil şöbəsinin metodisti Orxan Əliyev, Qazax Dövlət Sosial İqtisad Kollecinin tələbəsi Fəridə İsgəndərova və Qazax rayonu İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Sərdar Orucov çıxış etmişlər. Narkomaniya və onun fəsadları haqqında tədbir iştirakçılarına məlumat vermişlər.
Sonda tədbir iştirakçılarına əyani vəsaitlər paylanılmışdır.

Keçidlər