Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev prospektində abadlıq-quruculuq işləri davam edir

04 fevral 2021 | 16:00

Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramlarına əsasən respublikamızın bölgələrində aparılan quruculuq işləri Qazaxda da uğurla həyata keçirilir.
Ölkə rəhbərinin tapşırığına əsasən rayonda icra olunan layihələrdən biri də "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərində içməli su və kanalizasiya sisteminin yenidən qurulmasıdır ki, bu sahədə işlər sürətlə davam etdirilir. Çəkilişlə paralel olaraq işlər yekunlaşan ərazilər abadlaşdırılır, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır, rənglənmə işləri aparılır, yaşıllıqlar salınır.
Hazırda su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan şəhərin Heydər Əliyev prospektində və onun ətraf küçələrində  abadlıq işləri davam etdirilir. Belə ki, prospektdə işlər yekunlaşan hissədə köhnə tamet və bardürlər sökülərək yeniləri ilə əvəz edilir. 
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov  şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişi yekunlaşan hissəsində aparılan abadlıq işləri ilə maraqlanıb. Görülmüş işlərin mövcud vəziyyəti ilə tanış olan rayon rəhbəri aidiyyəti üzrə tapşırıqlarını verib.
Qazaxda aparılan genişmiqyaslı quruculuq işləri sakinlər tərəfindən böyük rəğbətlə qarşılanır, bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

 

Keçidlər