Şriftin ölçüsü :

Saytın rəngi :

“Qazax mahalının şairləri” kitabının təqdimatı keçirilmişdir

12 iyul 2016 | 16:00

Qazaxdakı Ədəbiyyat Muzeyində “Qazax mahalının şairləri” kitabının təqdimat mərasimi  keçirilmişdir. Mərasimdə Qazax rayonu İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov, Aparatın məsul işçiləri, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat katibi Xəyal Rza, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal,  Qazax mahalının ağsaqqal və gənc şairləri, Tovuz və Ağstafa rayonlarından gəlmiş qonaqlar, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov açaraq tədbirin əhəmiyyəti barədə və şairlər yurdu olan Qazax rayonunun mədəniyyətimizdə, ədəbiyatımızda, incəsənətimizdə özünə məxsus yerindən danışmışdır. Bildirmişdir ki, Qazax bölgəsi o qədər də böyük deyil, lakin şairlər yurdu adını qazanmaq böyük şərəfdir. Düşünürsən ki, görəsən dünyanın hər hansı bir yerində bu kiçik ərazidə olan qədər şair varmı? Buradakı şeir-sənət  dühaları ilə təkcə Azərbaycan, Qafqaz deyil, bütün bəşəriyyət fəxr edə bilər.
Bu gün Qazax rayonunda əsl poeziya bayramıdır. Bu gözəl möhtəşəm muzeydə “Qazax mahalının şairləri” kitabının təqdimat mərasimi keçilir. Bildiyiniz kimi, bu Ədəbiyyat Muzeyi Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev cənablarının 01 iyun 2012-ci il tarixli Sərəncamına əsasən tikilmişdir. Bu, dövlət başçısının ədəbiyyatımıza, incəsənətimizə və mədəniyyətimizə göstərdiyi çox böyük diqqət və qayğıdır. Bu Muzeyin tikilməsi ölkə prezidentinin şeir-sənət yurdu olan Qazağa və qazaxlılara çox böyük hədiyyəsidir. Respublikamızda muzey şəbəkəsinin inkişafı və muzey işinin hərtərəfli yaxşılaşdırılmasına Heydər Əliyev Fondu da əvəzsiz töhfələr bəxş etmişdir.
“Qazax mahalının şairləri” kitabının nəşr olunması  və geniş oxucu kütləsinə təqdim olunması bizim hamımızı sevindirir. Kitabın ərsəyə gəlməsində zəhməti olan bütün insanları, qazaxlıları təbrik edirəm. Milli–mənəvi dəyərlərimizə, soykökünə bağlı olan bu diyarda ta qədimdən bu günə qədər dünya şöhrətli sənətkarlar olmuşdur. Onlar bu gün də var və sabah da olacaqlar. Qazax bölgəsindən elə dahilər, dühalar var ki, cild-cild kitablara sığmaz.
Bir daha hamınızı təbrik edirəm, möhkəm canlağılığı və yadıcılıq fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Sonra Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Katibi Xəyal Rza, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ələddin İncəli, Tovuz rayonundan gəlmiş Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İsa Cavadoğlu, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının  ədəbi məsləhətçisi, şair  Mustafa Rasimoğlu, gənc şair, prezident təqaüdçüsü Taleh Mansur, Ağstafa rayonundan gəlmiş şair Firdovsi Heydərli və başqaları çıxış etmişlər.
Çıxışlarda ədəbiyyatımıza, incəsənitimizə və mədəniyyətimizə yaradılmış gözəl şəraitə, yaradıcı insanlara göstərilən böyük diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyev cənablarına dərin minnətdarlıq hissi ifadə olunmuş və ölkəmizdə, eləcə də Qazax rayonunda  həyata keçirilən geniş tikinti-abadlıq və mədəni-quruculuq işləri barədə ətraflı danışılmışdır.
Mərasimə Qazax rayonu İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov yekun vurmuşdur.

Keçidlər