Şriftin ölçüsü :

Saytın rəngi :

E L A N

06 yanvar 2021 | 16:00

“İctimai istirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə” yə uyğun olaraq, Qazax Rayon İcra Hakimiyyəti Başçısının 30.12.2020-ci il tarixli sərəncamı ilə Qazax RİH başçısı aparatı yanında fəaliyyət göstərəcək İctimai şuraya üzvlərin seçilməsi məqsədi ilə Seçki Komissiyası yaradılmışdır.
    Vətəndaş cəmiyyəti institutlarının nəzərinə çatdırılır ki, 06.01.2021-ci il tarixdən etibarən 25 iş günü müddətində (10.02.2021-ci il tarixə qədər) Qazax Rayon İcra Hakimiyyəti yanında İctimai şuraya irəli sürülmüş namizədlərin qeydiyyatı keçiriləcək.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında İctimai Şuranın birgə yığıncağında (səsvermə) iştirak etmək istəyənlər 06.01.2021-ci il tarixdən 10.02.2021-ci il tarixədək (iş günləri saat 09:00-dan 18:00-dək) RİH yanında İctimai Şuranın Seçki Komissiyasına müraciət edə bilərlər. (Ünvan: Qazax RİH başçısı aparatının inzibati binası, Azadlıq küç. 78)
Birgə yığıncaqda (səsvermə) hər bir vətəndaş cəmiyyəti institutundan bir nümayəndə iştirak edə bilər.
Qeyd: Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir vətəndaşı İctimai Şuranın üzvü ola bilər.
Səsvermədə iştirak üçün müraciətə (müraciətdə səsvermədə iştirak edəcək şəxsin əlaqə vasitələri, e-mail və digər zəruri məlumatları qeyd edilməlidir) vətəndaş cəmiyyəti institutları aşağıdakı sənədləri əlavə etməlidir:
- səsvermədə iştirak edəcək nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti;
- namizədin tərcümeyi-halı;
- namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti;
- təmsil etdiyi vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatı ilə bağlı sənədin surəti;
- namizədlərə münasibətdə şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər).

Keçidlər