İcra başçısı Azadlıq küçəsində yerləşən 31 və 31 A saylı çoxmənzilli yaşayış binalarının həyətində aparılan abadlıq işləri ilə tanış olub
Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Qazaxda şəhərin içməli su və kanalizasiya sistemi yenidən qurulur. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən reallaşan layihə uğurla icra olunur. Ən əsası da çəkilişlər yekunlaşan kimi həmin ərazilər abadlaşdırılır, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır, rənglənmə işləri aparılır, yaşıllıqlar salınır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişi başa çatan Azadlıq küçəsində yerləşən 31 və 31 A saylı çoxmənzilli yaşayış binalarının həyətində görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanıb. İcra başçısı binaların həyətlərində yeni asfalt örtüyün vurulması zamanı işlərin keyfiyyətlə görülməsini bildirib və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Məlumat üçün onu da qeyd edək ki, ötən il şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrə, eləcə də çəkiliş başa çatmış Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.
Ölkəmizi əhatə edən abadlıq işlərinin Qazaxda da geniş miqyas alması, son illər rayonda yeni asfalt yolların çəkilməsi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmənzilli yaşayış binalarının təmir olunması, yeni məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi və ya əsaslı şəkildə yenidən qurulması sakinlər tərəfindən də razılıq hissi ilə qarşılanır. Sakinlər bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.