“Solğun çiçəklər” Qazax Dövlət Dram Teatrının səhnəsində
Qazax Dövlət Dram teatrı 78-ci mövsümü Cəfər Cabbarlının “Solğun çiçəklər” əsərinin tamaşası ilə başa vurmuşdur. Əsər Azərbaycan Respublikasının Xalq artisti Zülfüqar Abbasovun quruluşunda tamaşaya hazırlanmışdır. Tamaşaya 23 iyun 2016-cı il tarixdə ictimai baxış keçirilmişdir. İctimai baxışda bədii şuranın sədri, teatrın direktoru Saqif İgəndərov, bədii şura sədrinin müavini, Azərbaycan Respublikasının əməkdar artisti, baş rejissor Musa Eyyubov, bədii şuranın üzvləri aktyor Hacı Hacıyev, rəssamlar Afiq Məmmədov və Səyyat Məmmədov, əməkdar incəsənət xadimi, şair Barat Vüsal, BDU-nun Qazax filialının direktoru, dosent Afaq Qasımova və başqaları iştirak etmişlər.
Rayon Mədəniyyət Mərkəzinin böyük zalında göstərilən tamaşada Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, Aparatın məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, müəllimlər, həkimlər, mədəniyyət işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.
Tamaşada rolları teatrın aparıcı aktyorları Xanım Məmmədova, Nazilə Məmmədova, İlqar Hacəliyev, gənc aktyorlardan Zəmanə Orucova, Yusif Qoca və Nəsimi Aşbazov ifa etmişlər.
Tamaşa böyük anşlaqla keçmiş və tamaşaçıların rəğbətini qazanmışdır.